Avropa Mərkəzi Bankı faiz dərəcəsini artırıb

img

15-12-2022 [17:55]


Avropa Mərkəzi Bankı 3 əsas faiz dərəcəsini 50 faiz bəndi artırıb.

Mia.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Bildirilib ki, uçot dərəcəsi 2 %-dən 2,5 %-ə, depozitlər üzrə faiz dərəcəsi 1,5 %-dən 2 %-ə, marjinal kredit xətti üzrə faiz dərəcəsi 2,25 %-dən 2,75 %-ə çatdırılıb.

Bu qərar dekabrın 21-dən qüvvəyə minir.

Bildirilir ki, inflyasiya üzrə proqnozu xeyli artırıldığına görə,faiz dərəcəsinin yüksələcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR