Energetika naziri Serbiyanın səfiri ilə görüşüb - FOTO

img

09-12-2022 [17:46]


Energetika naziri Pərviz Şahbazov Serbiyaın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladislavjeviç ilə görüşüb.

Mia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, söhbət zamanı ölkələr arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri, iki ölkə arasında əməkdaşlığın daha da yüksəldilməsinə töhfə verəcək birgə Bəyanatın və digər mühüm sənədlərin imzalanmasının Azərbaycan və Serbiya əlaqələrinin sürətli inkişafında önəmli rolu vurğulanıb.

Görüşdə energetika sahəsində mövcud əməkdaşlıq və gələcək strateji hədəflər barədə danışılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub