Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-10-2022 [00:07]
Qoç - günün ilk yarısı sadə olmayacaq. İşlərin öhdəsindən asanlıqla gəlmək mümkün deyil. Problemlərin həlli hesabladığınızdan artıq vaxt tələb edir. Planların dəyişdirilməsi ilə bağlı zərurət yaranacaq.
Danışıqlar gərgin keçəcək. İndiyədək dil tapdığınız insanlarla müzakirələrdə müəyyən çətinliklər yaşanacaq. Kompromis əldə etmək üçün səy göstərin.
Günün ikinci yarısında səhhətinizdə problemlər istisna deyil. Emosional fon əlverişsizdir. Nikbin olun, problemlərin qarşısından geri çəkilməyin. Ətrafınızda yaşanan hadisələrə laqeyd qalmayın.
Buğa - istənilən iş üçün əlverişli zamandır. Diqqətinizi cəmləyin, ağır və məşəqqətli saydığınız işləri təxirə salmayın. İşdə həmkarlarınızla münasibətlərdə həssas, qayğıkeş olun. Gərəkli nəticəyə minimal vaxt ərzində nail olmağa can atın. Ətrafınızdakı insanların rəğbətini qazanın.
Günün ikinci yarısı potensial sifarişçi və ya yeni iş yerinin sahibi ilə görüş, danışıqlar üçün sərfəlidir.
Planlaşdırılmamış səfərlər, qəfil olaylar olacaq. Yeni tanışlıqlar istisna deyil. Maliyyə problemlərini həll etmək, alış-veriş etmək olar.
Əkizlər - gün çətinliklərdən xali deyil. Kommersiya fəaliyyəti, anlaşmalar və sövdələşmələr üçün münasib zamandır. İşləriniz pul qazanmağa yönəlməlidir.
Sizin üçün önəmli işə və ya layihəyə pul yatırmağa hazır insanlar var.
Günün ikinci yarısında başlanacaq əməkdaşlıq qarşılıqlı sərfəli ola bilər.
Çoxdan həllini gözləyən şəxsi problemlərdən biri yenidən gündəmə gələcək. Bu gün həmin problemlərin həllini tapmaq və ya çıxış yolunu aramağın istiqamətini müəyyənləşdirmək imkanları var.
Şəxsi münasibətlərdə təşəbbüslərlə bağlı ehtiyatlı davranın. Ünsiyyətdə təkəbbürlü və inadkar olmayın.
Xərçəng - sizə bir zamanlar yardım etmiş insanları unumayın. Çətin vəziyyət yaranarsa, onlar yenə də sizə kömək edəcəklər. Birgə layihələrə qatılmaq və danışıqlar aparmaq üçün pis zaman deyil. Diqqətli, qayğıkeş olsanız, qarşınıza qoyduğunuz məqsədə daha tez çata bilərsiniz.
Günün ikinci yarısında əhəmiyyətli irəliləyiş və ya böyük uğur olacağını gözləməyin. Köhnə problemlər yenidən qayıdacaq, yeni çətinliklər yaranacaq.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Şir - istənilən nəticənin əldə olunması üçün ciddi səy göstərməyə hazır olun. Yalnız sizə əsla gərəkməyən işlərdə asanlıqla irəliləyə bilərsiniz. İşdə və evdə sərt fikir ayrılıqları, ixtilaflar istisna deyil.
Mövqeləriniz heç bir yerdə dərhal anlayışla qarşılanmayacaq. Sərt mübahisə etməyin, inadkar olmayın.
Günün ikinci yarısında ciddi uğurlara nail ola bilərsiniz. Rəğbət bəslədiyiniz insanla təmaslarda sayğılı davranın. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Qız - mühüm işləri təxirə salmayın. Günün ilk yarısından etibarən önəmli məsələlərin həllinə başlayın. Aktiv və enerjili olun. Əhvalınızı stabil edin. Müşküllər, çətinliklər, xoşagəlməz əhvalatlar bədbinliyə qapılmaq üçün səbəb deyil.
Yeni tanışlardan biri ilə əməkdaşlıq etmək, fərqli tərəfdaşlığın təməlini qoymaq olar.
Günün ikinci yarısında ailə qayğıları və məişət problemləri artacaq. Həddən ziyadə şübhəli olmayın. Ən kiçik olay sizə fövqəladə hadisə təsiri bağışlamasın.
Yaxınlarınıza diqqətlə yanaşın, münaqişələri rüşeym halında çözün.
Tərəzi - günün ilk yarısı uğurlu olacaq. Şanslar və imkanlar gözləntilərinizdən də artıqdır. Xoş sürprzlər istisna deyil.
Yeni işə başlamaq, peşəkar fəaliyyət sahəsindəki təmasları yeniləmək üçün yaxşı zamandır.
Birgə layihələrə qatıla bilərsiniz. Konstruktiv tənqidi qulaqardına vurmayın, səhvlərin fəsadlarını vaxtında aradan qaldırın.
Günün ikinci yarısında gərəkli nəticə əldə etməklə yanaşı, yaxın ətrafınızdakı insanların rəğbətini qazana bilərsiniz.
Yeni ideya və ya informasiya az sonra karınıza gələ bilər. Qüvvənizə, potensialınıza əmin olun. Uğura doğru qətiyyətlə, əzmlə hərəkət edin.
Spontan hadisələrə müdaxilə etməyin.
Əqrəb - günün ilk yarısı əlverişli vaxtdır. Düşünülməmiş addımlar atmayın. Bir zamanlar xətrinizə dəymiş insanlardan qisas almağa çalışmayın. Nəzərdə tutduğunuz işi başa vurmamış sakitləşmək, istirahətə başlamaq yolverilməzdir. Liderlik məziyyətlərinizi nümayiş etdirin.
Günün ikinci yarısında işgüzar münasibətləri möhkəmləndirin. Karyera ierarxiyasında irəliləmək imkanları yaranıb.
Gəlirlər istisna deyil. Ev üçün nə isə almaq, yaşam arealının rekonstruksiyası ilə məşğul olmaq olar. Xoş təsadüflər olacaq. Son vaxtlar darıxdığınız və görmək istədiyiniz insanlarla qarşılaşacaqsınız.
Oxatan - sakit, rəvan, ümumi məcradan kənara çıxmayacaq hadisələrin yaşanacağı gündür. Yeknəsək, rutin işlər xeyli vaxt alacaq. O qədər də maraqlı olmayan məsələlər xeyli vaxtınzı alacaq. Yalnız özünüzə bel bağlayın, müstəqil çalışın. Yardım və ya dəstək gecikəcək, ciddi olmayacaq.
Günün ikinci yarısı kiçik gəlirlər, köhnə borcun qaytarılması zamanıdır. Yaxınlarınızla münasibətlərinizi harmonik edin. Baxışlarınız toqquşsa da, münaqişə yaratmayın, mübahisə etməyin. Yaşam potensialınızın səviyyəsi yüksəkdir.
Fiziki iş sizi ifrat dərəcədə yormayacaq.
Oğlaq - kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı və sayıq davranın. İri sövdələşmənin, böyük miqyaslı və məbləğli anlaşmanın şərtlərinin müzakirəsində mövqeyinizdən qətiyyən geri çəkilməyin. Yanlış qərarlarınız maliyyə itkilərinə səbəb ola bilər. Çox işləməli olacaqsınız. Öz işlərinizi görməklə yanaşı, başqalarının səhvlərini də düzəltməli olacaqsınız. Bütün bunlar sizi yoracaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə əhəmiyyətli dəyişikliklər ehtimalı azdır. Özünüzə qapılaraq ətrafınızda baş verən proseslərə laqeyd qalmayın. Yaxınlarınızın üzləşdiyi çətinliyi görün.
Sevdiyiniz insanla təmaslar romantik olmayacaq.
Dolça - uğurlu zamandır. Günün ilk yarısı istənilən formada kommersiya fəaliyyəti üçün düşərlidir. Əhəmiyyətli gəlirlər, perspektivli anlaşmalar və müqavilələr zamanıdır.
İnşaat, təmir, habelə daşınmaz əmlakla bağlı məsələlərin çözülməsi üçün şans yaranıb. Yeni işə başlayıbsınızsa, yeni perspektivlər istisna deyil.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi yüksəkdir. Daha fəal, enerjili olun. Güclü rəqiblə toqquşma və ya qarşıdurma olacaq. Mübarizədə qalib gəlmək üçün fəndgir, soyuqqanlı olun.
Balıqlar - günün ilk yarısındakı çətinliklər sizi təbdən çıxarmasın. Problemlər müvəqqəti səciyyə daşıyır və bir müddət sonra onları unuda bilərsiniz. Kiçik əşyalar itəcək, tapılacaq. Səfərdə gecikmə ola bilər.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Mühüm işlər planlaşdırıbsınızsa, diqqətli olun. Əks cins mənsubları ilə ünsiyyət üçün əlverişli zamandır. Yeni informasiya və məlumatlar əldə edə bilərsiniz.
Dəyər verdiyiniz insanlardan biri ilə axşam saatlarında görüşəcəksiniz. Romantik hisslər sizi sevindirəcək.
Milli.Az
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO