Mədəniyyət Nazirliyi səhnə, səs avadanlıqlarının icarəsi, mehmanxana və yeməyə bir milyona yaxın vəsait xərcləyəcək

img

25-08-2022 [13:27]


Mədəniyyət Nazirliyi "Xarıbülbül" festivalının təşkili üçün zəruri olan səhnə və səs avadanlıqlarının icarəsi (1), həmçinin qonaqların mehmanxanada yerləşdirilməsi və qidalanması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Report dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Credo Event Group Technical Services" və "Shusha Hospitality Group" MMC-ləridr.

Qalib şirkətlərə müvafiq olaraq 545 min manat və 379 min manat, ümumilikdə isə 924 min manat ödəniləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 26.11.2022

Sabah yağış yağacaq