Bayden: "Hər bir dünya liderinə deyirəm ki, Amerika xalqına qarşı getmək heç vaxt xeyir gətirməyəcək”

img

24-01-2022 [15:04]


“Çağdaş dünyada demokratiyalarla avtokratiyalar arasında əsl yarış gedir”.

Mia.az Novator.az-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden üzvü olduğu Demokratlar Partiyasının Milli Komitəsinin tədbirində çıxış edərkən deyib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin və bəzi digər ölkələrin liderləri demokratiyanın XXI əsrə o qədər də uyğun gəlmədiyini düşünürlər: “Onlar buna həqiqətən inanırlar. Onların fikrincə, XXI əsrdə hər şey çox sürətlə dəyişdiyindən konsensus əldə etməyə vaxt qalmır, avtokratiyalar isə konsensus axtarmadığına görə məsələləri demokratiyalardan tez həll edə bilir”.

Amma Bayden vurğulayıb ki, ABŞ yeganə yolun demokratıya olduğunu nümayiş etdirir: “Mən hər bir dünya liderinə deyirəm ki, Amerika xalqına qarşı getmək heç vaxt xeyir gətirməyib və gətirməyəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR