Daha üç ölkə Ukraynadan diplomatlarını çıxarır - Savaş başlayırmı?

img

24-01-2022 [12:30]


Böyük Britaniya Ukrayna səfirliyindəki əməkdaşlarını geri çağırmağa başlayıb.

Bu barədə BBC məlumat yayıb.

Rəsmilər britaniyalı diplomatlara qarşı konkret təhdidlərin olmadığını, lakin Kiyevdə çalışan işçilərin təxminən yarısının Böyük Britaniyaya qayıdacağını bildirib.

Bundan başqa, Avstriya xarici işlər naziri Aleksander Şallenberq səfirlik işçilərinin Ukraynadan çıxarılması planının olduğunu bildirsə də, hələlik yekun qərarın olmadığını vurğulayıb/Report.

Bundan əlavə, Yaponiya hökuməti öz vətəndaşlarının, o cümlədən səfirliyin əməkdaşlarının Ukrayna ərazisindən təxliyə edilməsi zərurətini nəzərdən keçirir.

Xatırladaq ki, ABŞ diplomatları da Ukraynadan çıxarılır.

İddialara görə, bu, Rusiya ilə gözlənilən müharibənn yaxın vaxtlarda başlanması ilə əlaqəlidir.

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR