Deputat: "KVN-çilərimiz Şuşa adını dəyişməkdənsə, o festivala tüpürüb, çıxmalıydı" 

img

23-01-2022 [14:57]


Xəbər verdiyimiz kimi Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən komanda ermənilərin etirazından sonra Şuşa adını  "Buta” ilə əvəzləyib.

Mia.az xəbər verir, məsələ ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı  Aqil Abbas ölkəmizi təmsil edən komandanın belə addım atmasını sərt tənqid edib:

“Şuşa adının dəyişdirilməsinə münasibətim çox pisdir. O festivala tüpürüb, çıxıb gəlməliydilər. Vəssalam, bunun ayrı yolu yox idi. O, ad uğrunda neçə qəhrəman oğullarımız şəhid olub, neçəsi sağlamlığını itirib. Müşfiq Abbasov açıqlamasında Ruben Jaqinyan adlı şəxsin onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirdi. İstəyir Jugen olsun, ya Qurgen, fərqi yoxdur. Onların Şuşa adını dəyişdirməyə nə ixtiyarı var? Gözləməzdim Müşfiqdən!”.

Qeyd edək ki, komandanın rəhbəri Müşfiq Abbasov Baku.tv-yə müsahibəsində bildirib ki, onların ikinci tura keçmələri üçün Şuşa adının dəyişdirilməsini tələb edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR