Qazaxıstan böhranı Sovet İttifaqının dirçəlməsi deməkdirmi? - Bolton həyəcan təbili çalır
10-01-2022 [19:58]
ABŞ-ın “Wall Street Journal” qəzetində “Qazaxıstan böhranı Sovet İttifaqının dirçəlməsi deməkdirmi?” başlıqlı məqalə dərc olunub.
Məqalənin müəllifi 2005-2006-cı illərdə ABŞ-ın NATO-da elçisi, 2018-2019-cu illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi vəzifələrində çalışmış Con Boltondur.
Novator.az-ın məlumatına görə, Con Bolton Rusiya prezidenti Vladimir Putinin neçə ildir keçmiş Sovet İttifaqı məkanında hegemonluğa can atdığını, son günlər Qazaxıstanda baş qaldıran böhranın isə ona öz strategiyasını daha effektiv şəkildə həyata keçirmək üçün əlavə imkanlar açdığını yazır və Qərbin bunu ciddi qarşılamamasını kobud yanlışlıq kimi qiymətləndirir.
Müəllif qeyd edir ki, Qazaxıstan bulki böhrana qədər də təhlükəsizlik məsələlərində Rusiyayönlü siyasət yürüdüb. Ancaq böhran baş verən kimi Rusiya rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının sülhməramlı qüvvəsi adı altında, həm də guya Qazaxıstan rəhbərliyinin xahişinə görə məcburiyyət qarşısında qalaraq qazax torpağına qoşun yeridib və Con Boltonun fikrincə, buna ayrıca götürülmüş hadisə kimi baxmaq olmaz.
Müəllif xatırladır ki, Rusiya öz qoşunlarını artıq Azərbaycanda (Qarabağ bölgəsinin separatçıların nəzarəti altında olan hissəsində), Moldovada (separatçıların nəzarət etdiyi Dnestryanıda), Gürcüstanda (separatçıların nəzarət etdiyi Cənubi Osetiyada və Abxaziyada), Ukraynada (ilhaq olunmuş Krım yarımadasında və Donbas bölgəsinin separatçıların nəzarəti altında olan hissəsində) da yerləşdirib.
Con Bolton vurğulayır ki, sabah Moskva Qazaxıstandakı kimi çox asanlıqla, Minskdən rəsmi dəvət almaqla Belarusda da hərbi düşərgə sala bilər. Bundan başqa, Ukrayna prezidenti Vladimir Zelenskinin bir neçə dəfə həyəcan təbili çalıb dediyi, amma Qərbin ciddiyə almadığı təhlükə reallaşa bilər: Moskva Kiyevdə ruspərəst qüvvələrin hakimiyyətə gəlişini təşkil edib, sonra elə rəsmi Kiyevin çağırışıyla Ukraynanın qalan hissəsinə ordu yeridə bilər.
Ona görə də Con Bolton xüsusilə Qazaxıstan hadisələrindən sonra Moskvanın bir müddətdir Qərb qarşısında Ukrayna ilə bağlı irəli sürdüyü əsas şərtə (Ukraynanı Rusiyanın təsir dairəsində olan məkan kimi tanımaq, Ukraynanın NATO-ya qəbul edilməyəcəyi haqda öhdəlik götürmək) əməl olunmasını qəti şəkildə yolverilməz sayır.
Müəllif “Qazaxıstan böhranı Sovet İttifaqının dirçəlməsi deməkdirmi?” məqaləsini bu cümlələrlə bitirir: “NATO təcili surətdə alyansa üzv olmayan keçmiş sovet respublikaları üzrə strategiya hazırlamalıdır. NATO-nun həmin respublikaları müdafiə etmək öhdəliyinin olmadığını əldə bayraq etmək lazım deyil, bu cür yanaşma strateji reallığa ziddir. Rusiyanın o respublikaların təhlükəsizliyinə törətdiyi təhdid heç bir halda NATO-dan yan keçə bilməz. Təsadüfi deyil ki, neytral ölkə olan Finlandiya da NATO-ya üzv olmaq qərarı verməyə suveren haqqı çatdığını bəyan edib. Bir başqa neytral ölkənin – İsveçin də oxşar bəyanat verməsinə tez-tez çağırışlar edilir.
Putinin işğalçılıq planını yalnız NATO-nun qətiyyəti puça çıxara bilər. Yox, NATO fərqli mövqe tutsa, “beynəlxlaq nizamın qaydalarına uyğun” ritorika ilə kifayətlənsə, eləcə tərəfləri “təmkinli davranmağa” çağırmaqla məşğul olsa, onda bir gün Qazaxıstan böhranı tarixə Sovet İttifaqını yoxdan var eləmiş hadisə kimi düşə bilər”.
Qazaxıstanda yanvarın 2-də sosial və siyasi tələblərlə başlanan kütləvi aksiyalar yanvarın 5-dən hökumət qüvvələri ilə toqquşmalara və iğtişaşlara gətirib. 160-dan çox adamın öldüyü, yüzlərlə adamın yaralandığı, 6 minə yaxın şəxsin tutulduğu xəbər verilir.
Prezident Qasım-Comərd Tokayev ölkədə sabitliyin bərpası üçün yanvarın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyib. Yanvarın 6-dan KTMT-nin sülhməramlı hərbi kontingentinin Qazaxıstana yeridilməsinə başlanıb. Yanvarın 9-da bu prosesin başa çatadığı açıqlanıb.
Hərbi kontingentdə Rusiya 3000 nəfərlə təmsil olunur. Belarus Qazaxıstana 500, Tacikistan 200, Qırğızıstan 150, Ermənistan 100 hərbçi göndərib.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var