Elmin İnkişafı Fondunda yoxlama: nöqsanlar aşkarlandı, nazirlik məlumatlandırıldı
29-11-2021 [13:21]
Hesablama Palatası Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun gəlir və xərclərinin icrası üzrə apardığı uyğunluq auditinin nəticələrinə dair auditor hesabatını açıqlayıb.
Mia.az Palataya istinadən xəbər verir ki, aparılan audit Elmin İnkişaf Fondunun 2019-2020-ci illərdə fəaliyyətini və ümumilikdə 2 milyon manat vəsaiti əhatə edib.
Yoxlamalar nəticəsində məlum olub ki, özünümaliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı fəaliyyətin başa çatdırılmaması ayrılmış vəsaitlərin vaxtında və nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməməsi ilə nəticələnib, eyni zamanda mövcud imkanlardan istifadə olunmayaraq qalib layihələrin maliyyələşdirilməsi təmin edilməyib.
Auditin əhatə etdiyi funksional fəaliyyətin təmin edilməsi əsasən ştatdankənar işçilər vasitəsilə təmin olunub.
"Müsabiqələr dövlət sifarişinin istiqamətləri üzrə uyğun şəkildə elan olunmayıb, ümumilikdə layihələr 7 istiqamətdən yalnız 2-ni əhatə edib.
Qalib layihələrin müddəti Azərbaycan Prezidentinin 19 fevral 2010-cu il tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş Elmin İnkişafı Fondunun Nizamnaməsinin tələblərinə uyğun şəkildə müəyyənləşdirilib, bununla belə fəaliyyətin təmin edilməsi sahəsində idarəetmə qərarlarının gecikdirilməsi 2018-ci ildə bağlanmış müqavilələrin 76,2 %-nin müəyyən edilmiş müddətlərdə başa çatdırılmaması ilə nəticələnib, başa çatdırılmış layihələr üzrə vəsaitin icra səviyyəsi aşağı olub. Müsabiqələrin keçirilməsi və layihələrin seçilməsi ilə bağlı fəaliyyətdə nöqsanlar son nəticədə layihələrin icra müddətinin uzanmasına, vəsaitlərin nəticəli istifadəsinin təmin edilməməsinə səbəb olub, həmçinin müvafiq hesabatların alınmaması ödənilmiş vəsaitlərin istifadəsinin və təyinatının təsdiqlənməsi imkanlarını məhdudlaşdırıb".
Məlumata görə, layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş avadanlıq və cihazlar alınmadan layihələrin başa çatdırılmış hesab edilməsi həmin layihələrin ilkin məqsəd və nəticələrə nail olunmasında riskləri formalaşdırıb, alınmış qeyri-maliyyə aktivlərinin uçota alınması ilə bağlı fəaliyyətin reqlamentləşdirilməməsi hesabatlılığın təmin edilməməsi ilə nəticələnib.
Məlumata əsasən, nəqliyyat vasitələrinin saxlanması ilə bağlı 2019-cu ildə ayrılmış vəsaitlərin icra səviyyəsi xüsusilə aşağı olmuş, müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən büdcə vəsaitinin artıq istifadə edilməsinə şərait yaranıb:
"Auditin əhatə etdiyi dövr ərzində satınalma predmeti olan bir hal üzrə vəsaitlər qanunvericiliklə müəyyən edilmiş metodlar tətbiq olunmadan istifadə edilib.
Maliyyə hesabatlarının tərtibi zamanı əhəmiyyətli olmayan təhriflərə yol verilib, minik avtomobilləri üzrə amortizasiya normaları düzgün tətbiq edilməyib: "Yeni rəhbərlik təyin edilənədək nəzarət mühitinin formalaşmasında yaranmış boşluqlar funksional fəaliyyətin təmin edilməsini çətinləşdirib, hesabatvermə mexanizmləri tətbiq edilməyib.
Həyata keçirilmiş tədbirlər nəzərə alınmaqla, Kollegiya tərəfindən qəbul edilmiş qərarda funksional fəaliyyətin təsdiq olunmuş ştat vahidləri çərçivəsində təmin edilməsinin hüquqi aktlarla tənzimlənməsi, bir layihə üzrə 26 min 270 manat məbləğində vəsaitin müvafiq qaydada bərpası üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin həyata keçirilməsi, Elmin İnkişafı Fonduna ayrılmış vəsaitlər üzrə 1 yanvar 2021-ci il tarixinə 4 milyon 551,5 min manat qalıq məbləğinin növbəti il üzrə xərclərin proqnozlaşdırılması prosesində nəzərə alınması ilə bağlı tapşırıq verilməsi təklif olunub. Bu vəsaitin gələn il nəzərə alınması ilə bağlı Maliyyə Nazirliyi məlumatlandırılıb".
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı