"Azəriqaz": “2022-ci ildən qaz çəkilişi qaydaları dəyişəcək"
26-11-2021 [14:17]
“Azəriqaz” İstehsalat Birliyinin elə abonenetləri var ki, il ərzində onların 10-15 dəfə sayğac qutusunu dəyişirik".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O bildirib ki, ancaq “Azəriqaz” buna da gedir: “Bəzən belə abonentlər sosial şəbəkədə bununla bağlı yazır, sayğacın şəklini qoyur. Amma biz daha ona reaksiya vermirik, çünki həmin abonentin sayğac qutusunu keçən həftə dəyişmişik. Görünən budur ki, həmin abonent sayğac qutusunu hansısa formada düzgün bağlamır, sayğac qutusu sınır və sairə”.
R. Əliyev deyib ki, qurumun bütün mövcud abonentlərə sayğaca qədər və hətta sayğac da, sayğac qutusu da daxil olmaqla bütün xidmətlər birmənalı ödənişsizdir: “Ancaq yeni abonent olmaq üçün abonentə sayğac və qutu ödənişsiz verilir. Qaldı ki, abonent digər fərdi evlərdə bir mənbə olaraq qazın çəkilişini həyata keçirmək istəyirsə, bunun üçün də xüsusi lisenziyalı təşkilatlar var ki, onlar da mərkəzləşdirilmiş formada işləyirlər”.
O qeyd edib ki, amma bununla da bağlı cəmiyyətdə müəyyən narazılıq və narahatçılıq var: “Çalışacağıq ki, 2022-ci ilin yanvar ayından qaz çəkilişi alyans formasında deyil, abonentlər həmçinin fərdi formada da davam etdirə bilsinlər. Artıq bununla bağlı müəyyən müqavilə forması hazırlamışıq. İstənilən lisenziyalı təşkilat bu işi həyata keçirə bilər. Ancaq bizimdə orada öz şərtlərimiz var. Çünki onlar bizdən sayğac götürürlər və onun şəbəkəyə quraşdırılmasına bir cavabdehlik olmalıdır. Bunun üçün də yanvar ayından bu sahədə müəyyən qaydalar dəyişəcək”/Report.
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı