XİN-in sabiq idarə və şöbə rəisləri hakim qarşısında: "Səlim müəllim mənə dedi ki..."
22-09-2021 [16:46]
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
"Ofis aləmi" dəftərxana ləvazimatları şirkətinin rəhbəri Asif Ağayev ifadəsində S.Əlizadəni tanıdığını bildirib: “Bizdən bəzən ofis ləvazimatlarını nisyə götürürdü. Götürdüyü malların pulunu sonradan ödəyirdi. O, 2020-ci ildə bizim nazirliklə müqavilə bağlamağımızı istədi. Müqavilə bağlanandan sonra pulu köçürdülər. Səlim müəllim mənə dedi ki, tapşırıq icra etməlidir və ona pul lazımdı. Söylədi ki, şirkətinin adına pul köçürsünlər. Mən də həmin pulu çıxarıb ona borc kimi verdim. Nazirlik tərəfindən şirkətə 60 min manat pul köçürüldü. Həmin puldan 18 min manatlıq mal vermişdik. Qalan pulu da illik mallar verəcəkdik. Səlim Əlizadə xahiş etdi ki, pulu nağdlaşdırıb ona borc olaraq verim. 42 min 841 manat pulu nağdlaşdırıb, ona borc olaraq verdim".
Məhkəmədə elan olunub ki, şahidin istintaq ifadəsi ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyətlər var.
Daha sonra onun istintaqa verdiyi ifadəsi elan olunub. A.Ağayev istintaqda söyləyib ki, tenderdə qalib olandan sonra XİN tərəfindən 68 min manat pul köçürülüb: "Ondan 18 min manatlıq avadanlıqlar verilib. Vergilər çıxılandan sonra yerdə qalan 42 min 841 manat pul nağdlaşdırılaraq nazirliyinin əməkdaşı S.Əlizadəyə verilib”.
Məhkəmədə digər şahid Ramil Hüseynov dindirilib. O bildirib ki, dayısı arvadının adına şirkət olub: "Mən özüm meyvə şirəsi satışıyla məşğulam. Sadəcə Salyanda dayım arvadı ağır xəstə idi. Mənim adımı şirkətə xəzinadar kimi yazmışdılar. İki dəfə bankdan pul götürmüşəm. Birinci dəfə 129 min və ikinci dəfə isə 97 min manat pul çıxardaraq Asifə vermişəm. Onun müqabilində isə bizə 2 500 manat pul verildi. Ondan da bir qismi vergiyə ödənildi. 800 manat pul dayımın xəstəliyinə xərclənib. Bir müddət sonra şirkəti bağlatdırdıq".
Şahid Möhübbət Vəlişov isə ifadəsində qeyd edib ki, tanışı Rəsmiyyə Qazıyevə adlı qadın onun adına 5 MMC açıb: “Hər MMC-yə görə isə mənə ayda 100 manat verdi. Son vaxtlar isə pulu gecikdirdi və verməməyə başladılar. Sonradan şirkətləri geri aldım. Banka müraciət etdim ki, heç bir əməliyyat aparılmasın. Maraqlandım, şirkətlərin xeyli vergi borcu yaranıb. Hazırda şirkətlərin ümumilikdə 8 min manat vergi borcu qalıb".
Şahid qismində ifadə verən "Ofis Aləmi" MMC-də çalışan Sabbar Cəbrayılov söyləyib ki, işlədiyi şirkətlə Xarici İşlər Nazirliyi arasında müqavilə bağlanıb: “5 aya 18 min manatlıq mal vermişdik. Gecikmələr olurdu, ancaq etibar edirdik".
Proses sentyabrın 29-da davam edəcək.
Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.
26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub