Vüqar Rəhimzadə: "İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir"
15-09-2021 [18:26]
“Ölkə Prezidenti İlham Əliyev 2004-cü ildən, yəni regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına başlandığı vaxtdan bu günə qədər keçilən yolun təhlili zamanı daim bildirir ki, bu illər ərzində dayanıqlı inkişafın təmin edilməsi üçün möhkəm baza formalaşdırıldı. Dövlət proqramlarının icrasına başlanan dövrdə Azərbaycanda vaxtilə yaradılmış infrastruktur tamamilə köhnəlmişdi. Təbii ki, belə olan halda ölkədə sənayenin, kənd təsərrüfatının dayanıqlı inkişafından söhbət gedə bilməzdi. Bu problemlər, ilk növbədə, gələcək dayanıqlı inkişafı təmin etmək üçün əsasların, dayaqların yaradılmasını şərtləndirdi. Belə bir şəraitdə dövlət başçısı İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə işlənib hazırlanan regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa stimul yaratdı.
Möhtərəm Prezidentimiz ölkəyə rəhbərlik etdiyi ilk gündən bu məqamı da hər zaman dönə-dönə vurğulayır ki, görülən bütün işlərin, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının yaxşı yaşaması və rifahı üçün bütün imkanlar yaradılmalıdır. Bu prinsipləri özünün gündəlik fəaliyyətində rəhbər tutan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində bölgələrdə yaradılmış münbit şərait regionların hərtərəfli inkişafını təmin etməklə yanaşı, şəhərlərə miqrasiyanın da qarşısını alır. Artıq əminliklə söyləmək olar ki, bu gün insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki bölgələrin, kənd və qəsəbələrin siması tamamilə dəyişib, yenilənib, bu yaşayış məntəqələrində normal həyat şəraiti üçün bütün zəruri infrastruktur yaradılıb. 2004-cü ildə dövlət başçısı İlham Əliyevin irəli sürdüyü “Neft kapitalını insan kapitalına çevirək!” tezisinin reallıqda öz təsdiqini tapması istiqamətində atılan davamlı addımların uğurlu nəticələri artıq göz önündədir. İqtisadiyyatın şaxələndirilməsi enerji sektorundan asılılığın minimuma endirilməsinə gətirib çıxardı. Bunun nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Ümumi daxili məhsulun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Sahibkarlığın inkişafı iqtisadiyyatın şaxələndirilməsində öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektoru sahibkarlığın inkişafı hesabına əhəmiyyətli dərəcədə tərəqqi edir.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, sentyabrın 14-də ölkə Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən regional inkişaf proqramlarının uğurlu icrasının Azərbaycanın qarşısında açdığı geniş imkanlardan bəhs edərək bütün dövrlər üçün aktuallığını qoruyan bu vəzifələri bir daha xatırlatmışdır: Dövlət məmuru nümunə olmalıdır. Yerlərdə insanların dolanışığı, rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. İnsanların qayğıları ilə maraqlanmaq və həlli istiqamətində addımlar atmaq hər bir dövlət məmurunun qarşısında əsas vəzifə kimi qoyulur. Məmur-vətəndaş münasibətlərinin sivil qaydada tənzimlənməsi vətəndaş məmnunluğunu artırır. Bu, günümüzün əsas tələbidir.
“Regional inkişaf proqramlarına uyğun olaraq bölgələrdə görülən işlərin miqyası daha da genişləndirilir” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır: “Nəzərə alsaq ki, ölkəmizin həyatında yeni mərhələ- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir, bu halda dövlət məmurlarının üzərinə düşən məsuliyyətin daha da artdığını əminliklə söyləyə bilərik. Cənab İlham Əliyev işğaldan azad edilmiş rayonlarla yanaşı, digər bölgələrin də tərəqqisini daim diqqət mərkəzində saxlayır. Sözügedən qəbulda bölgələrdə sahibkarlığın inkişafı, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı səsləndirilən təkliflər, qarşıya qoyulan vəzifələr də bunu təsdiqləyir. Möhtərəm Prezidentimiz bir daha xatırlatdı ki, sahibkarlara investisiyalarını yatırmaq, yeni iş yerləri yaratmaq üçün imkan verilməlidir. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyev hələ 2013-cü ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu məqamı xüsusi vurğulamışdı ki, hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq,
səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Məhz bu prinsiplərin vəhdətliyi, birlik, həmrəylik qarşıya qoyulan hədəflərin reallıqda öz əksini tapmasını stimullaşdırır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallıq olduğu həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların fonunda daha aydın görünür.
V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev yeni təyin olunan icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən hər kəsin qanun qarşısında eyni məsuliyyəti daşımalı olduğunu bir daha qətiyyətlə bəyan etdi: “Ölkə Prezidenti diqqəti bəzi hallarda nəzərə çarpan məmur özbaşınalıqlarına, bəzi vəzifəli şəxslərin, xüsusilə icra hakimiyyəti başçılarının şəxsi mənafelərini ictimai və dövlət maraqlarından üstün tutmalarına, talançılığa, rüşvətxorluğa, korrupsiyaya qurşanmalarına, insanların qayğı və problemlərinə laqeyd yanaşmalarına, rayonların qarşısında dayanan gündəlik problemlərlə deyil, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul olmalarına yönəldərək bu kimi halların insanların haqlı narazılığına səbəb olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu əməllərə sahib olan yüksək vəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər və bundan sonra da belə hallara yol verənlər ciddi cəzalandırılacaqlar . Dövlət başçısı bir daha bu çağırışı etdi ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Əgər məmurlar öz işlərində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq.”
İctimai nəzarətin dayanıqlı inkişafın təmin edilməsində əsas amillərdən biri olduğunu bildirən Vüqar Rəhimzadə qeyd edib ki, vətəndaş məmnunluğunu artırmaqla, şəffaflığı təmin etməklə hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür: “Bütün dünyada Azərbaycan brendi kimi tanınan və şöhrət qazanan “ASAN xidmət”, DOST layihələrinin uğurlu icrası bu məqsədlərə qısa zamanda çatmağa stimul verir. İşğaldan azad edilmiş ərazilərimizdə də bu mərkəzlərin yaradılması nəzərdə tutulur. Bir sözlə, bu gün Azərbaycanda vətəndaş amili uğurla həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir.”
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı