Prezident ərzaq məhsullarının satın alınması ilə bağlı fərman imzaladı - DETALLAR
03-09-2021 [15:53]
Prezident İlham Əliyev sentyabrın 3-də “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması mexanizminin təkmilləşdirilməsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Mia.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseslərini elektronlaşdırmaq və təkmilləşdirmək, bu sahədə həyata keçirilən işlərin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi olan “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılacaq.
Həmçinin satınalma şərtlərinə cavab verən və tələbata uyğun istehsal həcminə malik olan, elektron portalda qeydiyyatdan keçən istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, satınalan təşkilatla istehsalçılar və ya satıcılar arasında müqavilələrin elektron portal vasitəsilə bağlanılmasının təmin edilməsi, istehsalçıların və satıcıların satınalma şərtlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə tədarük və təchizat agentinin monitorinqlər aparması və onların nəticələrinin elektron portalda yerləşdirilməsi, satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılması, satınalma şərtlərinə uyğun olan təkliflərə satınalan təşkilat tərəfindən baxılarkən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan yerli istehsalçılara üstünlük verilməsi elektron portal vasitəsilə həyata keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinə ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının elektron portal vasitəsilə avtomatlaşdırılmış qaydada həyata keçirilməsini və müqavilələrin “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanılmasını 2022-ci il yanvarın 1-dən təmin etmək, istehsalçıların və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı satınalmalarda iştirakına, habelə satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılmasına dair inzibati reqlamenti üç ay müddətində müəyyən etmək tapşırılıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə elektron portalın fəaliyyətinin təmin edilməsi ilə bağlı “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq zəruri tədbirlər görüləcək. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı təkliflər üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var