Vüqar Rəhimzadə: "Prezidentin mədəniyət paytaxtımıza hər səfəri verdiyi vədlərin reallığa çevrilməsinin təqdimatıdır"
01-09-2021 [17:56]
“Avqustun 29-da dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağın tacı Şuşamıza sayca beşinci səfəri təkcə xalqımızın deyil, həm də dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Ümumiyyətlə, möhtərəm Prezidentimizin mədəniyyət paytaxtımıza hər səfəri verdiyi vədlərin reallığa çevrilməsinin təqdimatı kimi dəyərləndirilir. Müzəffər Ali Baş Komandan 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədinin davamı olaraq növbəti çıxışlarında “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin bərpa ediləcəyini bildirmişdi. Həmçinin dövlət başçısı Şuşanın əvvəlki simasının bərpa ediləcəyini, dünyanın ən gözəl şəhərləri sırasında olacağını əsas hədəf kimi müəyyənləşdirmişdi. Bu baxımdan artıq əminliklə demək olar ki, Prezident İlham Əliyevin mədəniyyət paytaxtımıza hər səfəri mühüm hadisələrlə dolu Zəfər tariximizi yeni-yeni çalarlarla zənginləşdirir. Cənab İlham Əliyevin Şuşa şəhərinə növbəti səfəri də bir daha bu unikal diyarımızın zəngin mədəni və mənəvi ruhunun dünyaya çatdırılması istiqamətində mühüm addım oldu. Şuşanın dirçəldilməsi, bərpasi, yenidən Azərbaycanın mədəniyyət və incəsənət paytaxtına çevrilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində bir sıra açılışlar edildi, ən əsası Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa olundu. Gözün aydın, Qarabağın tacı, Azərbaycanımızın döyünən ürəyi əziz Şuşamız!”
Bu fikirləri Mia.az-a “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, cənab Prezidentin və birinci xanımın iştirakı ilə Molla Pənah Vaqifin büstünün və məqbərəsinin, Bülbülün ev-muzeyinin açılış mərasiminin keçirilməsi, eyni zamanda, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması son 9 ayda erməni əsirliyindən xilas olmasının sevincini yaşayan Şuşamızın mədəni və sosial həyatında mühüm hadisə oldu. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz
qapılarını yenidən qonaqların üzünə açdı: “Dünyaya səs salan, Azərbaycan xalqının tolerantlığına, tarixinə, mədəniyyətinə bağlılığının təqdimatı olan, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalının ardınca Vaqif Poeziya Günlərinə ev sahibliyi edən Şuşanın qonaqları gördükləri unikal mənzərələrdən heyrətlərini gizlədə bilmirlər. Qısa müddətdə bərpa və quruculuq işlərinin miqyasının genişliyi, ən əsası Şuşanın sözün əsl mənasında dirçəldilməsi hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaratmaqla yanaşı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vaqif Poeziya Günlərinin rəsmi açılışındakı nitqində yer alan, işğalçı Ermənistana və onun havadarlarına ünvanlanan “Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq” bəyanatı sabahımıza böyük inam, əminlik, gözü hələ də Şuşamızda olan yağı düşmənə ciddi mesaj oldu.”
V.Rəhimzadə vurğulayıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza, xüsusilə mədəniyyət paytaxtımız Şuşaya hər səfəri ermənilər tərəfindən böyük kədərlə qarşılanır: “30 il Şuşanı erməni şəhəri kimi təqdim etməyə çalışan düşmən bunu bacara bildimi? Təbii ki, yox! Çünki yalanın həqiqət üzərində qələbəsi mümkün deyil. Hər zaman danışan tarix, onun əsas yardımçısı isə əlahəzrət fakt olur. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki nitqində “Əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb” fikirləri ilə bir daha bu reallığı da açıqladı ki, torpaqların sahibi qurucu, bərpaedici, hər daşını, qayasını bir tarix kimi qoruyan olur. Dünya Azərbaycanın timsalında bunu görür. Dağıtmaq, məhv etmək, özgəsinin torpağına göz dikmək ermənilərin xislətidir. Ermənistanda nə qədər hakimiyyət dəyişsə belə, onların faşizm ideologiyası, xislətləri dəyişməz olur. Amma yenə də qalib tərəf ədalətə, beynəlxalq hüquqa əsaslanan, hec bir dövlətin torpağında gözü olmayan, humanizm prinsiplərinə söykənən ölkə, xalq olur.”
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub