Çempionlar Liqası: bu gün cavab oyunlarına start veriləcək

img

24-08-2021 [09:57]


UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Mia.az xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gələcək.

PSV Niderlandda Portuqaliyanın "Benfika" komandasının müqavimətini qırmağa çalışacaq. "Lüdoqorets" Bolqarıstanda İsveç "Malmö"sü ilə, "Ferentsvaroş" isə Macarıstanda İsveçrə "Yanq Boyz"u ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. PSV (Niderland) - "Benfika" (Portuqaliya)

İlk oyun - 1:2

23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Malmö" (İsveç)

İlk oyun - 0:2

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Yanq Boyz" (İsveçrə)

İlk oyun - 2:3.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin digər cavab oyunları avqustun 25-də gerçəkləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA