Gürcüstan millisinin üzvü saxlanılıb

img

16-08-2021 [12:20]


Yaponiya polisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak etməli olan Gürcüstan millisinin üzvünü saxlayıb.

"Kyoda" xəbər verir ki, paralimpiyaçı otel işçisinə hücum etməkdə şübhəli bilindiyi üçün tutulub.

Onun oteldəki təhlükəsizlik işçisini itələdiyi və nəticədə həmin şəxsin yaralandığı bildirilib. İdmançının adı isə açıqlanmayıb.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA