Həbsdə olan xidmət rəisi: “Müstəntiqə dedim ki, bu 950 manat nədir, yazmısız?" - "Belə olmasaydı, Maliyyə Nazirliyi pul ayırmayacaqdı...”
13-08-2021 [18:17]
Azərbaycandakı mədəniyyət abidələrinin, incəsənət obyektlərinin təmir-bərpasına ayrılan vəsaitlərin mənimsənilməsi yoluyla 6 milyona yaxın yeyintidə ittiham olunan Mədəniyyət Nazirliyin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov özünü qismən təqsirli bilir.
O, avqustun 13-də məhkəmədə ifadə verib.
Zakir Sultanovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə baxılır.
Məhkəmədə prokuror ittiham aktını elan edib. Orada yazılıb ki, müxtəlif obyektlərin təmir-bərpası məqsədilə büdcədən ayrılmış vəsaitlərin müəyyən hissəsini Zakir Sultanov mənimsəyib. Bəzi mədəniyyət yerləri var ki, təmir işləri başa çatdırılmasa da, rəsmi sənədlərdə başa çatdırılmış kimi göstərilib və s.
İttihama münasibət bildirən Zakir Sultanov özünü qismən təqsirli bildirini deyib. O, istintaqdakı ifadəsində isə özünü tam təqsirli bilib. Bu ziddiyyətlə bağlı izahat verərkən deyib ki, əslində, istintaqda da özünü qismən təqsirli bilib. Ola bilsin, müstəntiqlər yanlış anlayıb və dedikləri düz yazılmayıb.
Ardınca ifadə verən sabiq xidmət rəisi ittiham verilən hər bir epizod üzrə ayrı-ayrılıqda danışıb. Məsələn, iddia olunur ki, Masallı Rayon Mədəniyyət Evinin təmiri üçün ayrılmış 2.4 milyon manatın 300 minini Zakir Sultanov mənimsəyib. Zakir Sultanov isə bildirib ki, 300 min manatın hamısını özünə götürməyib. Onun sözlərinə görə, 300 min manatın müəyyən hissəsi ona çatsa da, əsas məbləğ tikintidə gözlə görünməyən xərclərə sərf olunub. “Görünməyən xərclər” dedikdə isə o, abadlıq işlərinin görülməsi və s. xərcləri nəzərdə tutub.
Lənkəranda tarixi abidənin bərpası üçün ayrılan 1.4 milyon manatdan isə 200 min manatın sabiq xidmət rəisi tərəfindən mənimsənildiyi iddia olunur. Cinayət işinin materiallarında göstərilib ki, həm Masallı, həm də Lənkərandakı işlərlə bağlı vəsait Mətləb Məmmədova məxsus “Elmi-Bərpa İstehsalat” MMC-nin hesabına köçürülüb. O da Zakir Sultanova verib.
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən musiqi məktəbinin, Müslüm Maqomayev adına musiqi məktəbinin təmiri üçün ayrılan vəsaitlərin bir qisminin də eyni qaydada nağdlaşdırılıb Zakir Sultanova verildiyi iddia olunur.
Sabiq xidmət rəisi bu epizodlardan danışarkən bildirib ki, belə layihələrin rəsmi qurumlardan keçməsi üçün rüsumlar ödənilməli idi: “Buna görə də layihənin xərcləri şişirdilirdi. Həmin vəsait də dövlət qurumlarına ödənilirdi...”
Dindirmə zamanı o da məlum olub ki, Maştağa qəsəbəsində Mədəniyyət Mərkəzinin abadlaşdırılması layihəsi başa çatmadığı halda, işlərin tam görülməsi haqda akt tərtib olunub. Təqsirləndirilən şəxs bu addımı belə izah edib: “İşin başa çatmasına az qalmış Maliyyə Nazirliyi tərəfindən xəbərdarlıq gəldi. Tələb olundu ki, ayrılan vəsaitlərin, görülən işlərin hesabatı verilsin. O işin başa çatdırılması göstərilməsəydi, növbəti ildə Maliyyə Nazirliyi pul ayırmayacaqdı...”
Məhkəmə prosesində Milli İncəsənət Muzeyinin təmirinə ayrılan vəsaitin mənimsənildiyi də ortaya çıxıb. Bu haqda danışan Zakir Sultanov məsələnin ondan asılı olmadığını söyləyib: “Bu, çox uzun məsələdir. Baş podratçı və subpodatçı şirkət arasında müqavilə oldu. Subpodatçı İtaliya şirkəti idi. İki ilə nəzərdə tutulan layihə dörd ilə qədər uzandı. Səbəb isə devalvasiya idi. Həmin layihənin başa çatması vacib idi. İtalyan şirkətinə özüm nağd şəkildə 300 min vermişəm. Ümumi şəkildə 1 milyon manat da əlavə pul xərcləmişəm. Bunu sübut etmək üçün şahidlərim də var”.
Daha bir neçə başqa layihənin də tam həyata keçirilmədiyi halda icrasının başa çatdığı haqda aktlar hazırlanıb.
Mənimsəmə epizodlarından biri internet istifadəsinə görə 950 manat artıq vəsait xərc yazılmasıyla bağlıdır. Bu məsələyə gəlincə, təqsirləndirilən sabiq xidmət rəisi belə deyib: “Müstəntiqə də dedim ki, bu boyda rəqəmlərin yanında bu 950 manat nədir yazmısız? Gülməlidir. Xidmətin saytının yığılması üçün vəsait ayrılmışdı, iş də görülürdü...”
Məhkəmə prosesi davam edir/Meydan.tv.
Zakir Sultanov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Sabiq xidmət rəisinin yaxınları istintaq dövründə zərərin 4 milyon manatını nağd şəkildə ödəyib. Onun 600 min dollarlıq, 130 min, 10 min və 20 min manatlıq əmlaklarının üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.
Zakir Sultanov məhkəmənin hazırlıq iclasında bu əmlakların qalan zərərin əvəzi kimi hesablanmasına razılıq verib.
Zakir Sultanov DTX əməkdaşlarının 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir müavini Rafiq Bayramovla birlikdə saxlanılıb. Rafiq Bayramovun işi üzrə istintaq yekunlaşdırılıb iş məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrıldı.
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda