Çələbiyev federasiyanı "yıxıb-sürüdü": "Legionerlər öz kefindədir, dünya-aləm onların vecinə deyil"
10-08-2021 [15:31]
"Öz çəkimdə Azərbaycanda bir nömrəyəm. Yəni, qarşımda dayanan boksçu yoxdur. Məsələn, mən olimpiadada medal qazanan Alfonso Domingesdən həm qat-qat güclüyüəm, həm də ondan çox məşq edirəm və ondan daha yaxşı vuruşaraq, medal götürə bilərəm".
Mia.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) deyib.
O bildirib ki, Azərbaycan Boks Federasiyası (ABF) legionerlərlə müqayisədə azəbaycanlı boksçulara dəstək olmur: "Olimpiadada dəstəksiz uğur qazanmaq mümkün deyil. Bu gün həmin "Qarabala" (Alfonso Dominges - red.) bizim adımızdan döyüşür, cəmi 2 döyüş keçirərək, 3-cü yerə çıxır. İdmandan başı çıxmayanlar da baxıb, "Legioner olimpiadada medal qazandı" deyərək, onu təbrik edirlər. Amma bilmirlər ki, Azərbaycanın əsl igid oğlanları zərrə qədər dəstək almırlar. Ona görə də kənarda qalırıq. Hansısa "Qarabala"ya isə kömək edirlər. Bunun kimlərə sərf etdiyini özləri yaxşı bilirlər. Hər şey federasiya rəhbərliyindən asılıdır, bunu onlar edirlər".
29 yaşlı idmançının sözlərinə görə, legionerlər öz kefindədir, dünya-aləm onların vecinə deyil: "Legionerlər ürəkləri istədiyi kimi məşq edirlər. Biz isə canımızı qoyub hazırlaşırıq. Sonda da hansısa sürprizlə qarşılaşırıq. "Qarabala" elə sevinir ki, insanlar deyir, Azərbaycanda yerli boksçu yoxdur. Halbuki, öz adımdan danışıram, olimpiadada finala çıxa biləcək boksçuyam. Amma dəstək yoxdur. Legioner zəif döyüşə-döyüşə 3-cü yeri tutur, biz isə medalsız qalırıq. Özünüz də gördünüz ki, yarımfinalda kubalı Arlen Lopes Domingesi noqdauna saldı. Biz Domingesdən də artıq idmançıyıq. Sadəcə, yerli idmançılara soyuq, legionerlərə isə isti münasibət göstərirlər. Fərq bundadır. Sonra da deyirlər ki, Azərbaycanda boks yoxdur. Yerli idmançıya bu cür münasibətdən sonra, əlbəttə, boks olmayacaq".
Çələbiyevin fikirlərinə cavab olaraq, ABF-dən "Report"a bildirilib ki, komandada hansısa ayrıseçkilikdən söhbət gedə bilməz: "Cavid Çələbiyev Azərbaycan milli komandasının liderlərindəndir, dünya çempionumuzdur. Titullarına baxmayaraq, nəinki o, bütün yaş qrupları üzrə yığmalarda yer alan boksçular bizim üçün eynidir. Çünki onların hər birinin uğuruna inanırıq. Sadəcə “dəstək olmalıdır” ifadəsi bir qədər anlaşılan deyil. Çünki yığmanın hər bir üzvünə eyni şərait yaradılır və eyni dəstək göstərilir. Mümkün deyil ki, komandada hansısa ayrıseçkilikdən söhbət getsin. Çələbiyev Tokio-2020-yə hazırlıq dövründə də digərləri ilə eyni təlim-məşq toplanışlarında iştirak edib. O, komandamızla birgə 1 - 17 fevralda Beyləqanda, 26 fevral – 15 martda Türkiyədə, 21 aprel – 4 mayda Sumqayıtda, 7 - 31 mayda Özbəkistanda, 21 iyun – 3 iyulda Bakıda, 3 - 18 iyulda İtaliyada təlim-məşq toplanışlarında olub. Həmçinin 15 - 21 martda İstanbulda beynəlxalq turnirdə və 1 - 9 iyunda Parisdə lisenziya turnirində iştirak edib. Göründüyü kimi, burada hansısa fərqləndirilməkdən söhbət gedə bilməz. Alfonso Domingesin Tokio-2020 Olimpiadasına 1/8 finaldan başlamasına və iki döyüşdən sonra medal qazanmasına gəlincə, bunun səbəbini bütün bokssevərlər bilirlər. Bunu Beynəlxalq Olimpiya Komitəsi (IOC) reytinqə əsasən müəyyənləşdirir. Heç Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) da bu məsələyə müdaxilə etmir. Hakimləri də IOC təyin edir və son məqama kimi adlarını belə, açıqlamır. Hər şey bu qurumun nəzarəti altında keçirilir”.
Qeyd edək ki, Cavid Çələbiyev Tokio olimpiadasında 1/4 finalda ermənistanlı Ovanes Baçkova uduzaraq, mübarizəni dayandırıb. Alfonso Dominges isə yarımfinaladək irəlilədiyi üçün bürünc medal qazanıb.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var