"Zirə” Felipe Pahtmanla yeni müqavilə imzalayıb

img

12-07-2021 [18:36]


"Zirə” futbolçusu Felipe Pahtmanla yeni müqavilə imzalayıb.

Mia.az xəbər verir ki, Ukraynanın "Lvov" klubuna məxsus braziliyalı hücumçu sonradan transfer hüququ alınmaq şərtilə növbəti mövsümün sonunadək icarəyə götürülüb.

21 yaşlı forvardın transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, Felipe Pahtman peşəkar karyerasına "Lvov" klubunda başlayıb və bu ilin yanvarından "Zirə"də çıxış edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA