3 min, 5 min, 7 min... - Müğənnilər toy qiymətinə endirim etməyəcəklərini deyir
22-06-2021 [17:57]
Xəbər verdiyimiz kimi, artıq bir ildən çoxdur toyların keçirilməsinə qoyulan qadağa aradan qaldırılıb. Bəzi qaydalara əməml edərək insanlar iyulun 1-dən toy məclisi keçirə bilərlər.
Ən önəmli tələb isə dəvətli sayına qoyulan məhdudiyyət olub. Belə ki, toy sahibi məclisinə 50-150 nəfər dəvət edə bilər. Bəs görəsən, bir vaxtlar 5, 10, 15 min ödənilib məclisə müğənni gətirmə ənənəsi yenə davam edəcək?
Sənət adamlarının toy qiymətlərində dəyişiklik olacaq?
Mia.az xəbər verir ki, axşam.az müğənnilər arasında sorğu apararaq, onların yeni toy mövsümündə tələb etdiyi qonorarı öyrənib:
Müğənni Nadir Qafarzadə - Bu xəbərə həm sevindim, həm də kədərləndim. Toylar bir-birinin üstünə düşdü. Musiqiçilərin yarısı Azərbaycanda, yarısı Rusiyadadır. İndi onları bir araya yığmaq çətindir. Hamı toy edir, məclislər bir-birinin üstündədir. Moskvada da çox toyun behini almışıq. Eyni zamanda Bakıda pandemiyadan əvvəl behini aldığımız məclislər var. 40 gündən sonra da Məhərrəmlik ayıdır. Müddət az olduğu üçün hər şey qarışdı.Amma əsas toylara icazə verildi. Toy qiymətində endirim etməyəcəm. Əgər biz evdən çıxırıqsa, ansambl aparırıqsa, onun 100 və ya 500 nəfərə xidmət etməsinin fərqi yoxdur.
Müğənni Elton Hüseynəliyev - Toy qiymətimdə heç bir dəyişiklik etməyəcəm. Əvvəl də bütöv toya 15 min manata gedirdim, indi də elə qalacaq. Bəzi hallarda toy sahibi ilə danışıqlar aparıb endirim edə bilərik. Amma artım etməyəcəm. Pandemiya şəraitini nəzarə almaq lazımdır.
Müğənni Sevda Yahyayeva - Toyla bağlı qadağanın aradan qalxmasına çox sevindim, ümid edirəm hər şey əvvəlkindən daha gözəl olar. Qiymətlərə isə heç bir dəyişiklik olmayacaq. Qonorarım olduğu kimi qalacaq. Baxmayaraq ki, hər şeyin qiyməti hər gün artır, mən bunu etməyəcəm.
Müğənni Şəbnəm Tovuzlu - Səhər toylarla bağlı qərar verildi, bir saata kimi avqusta 10 toy yazılıb. Əvvəl qonorar necə idisə, indi də elə qalıb: tək 5 min manat. Musiqiçilərlə birlikdə 7 minə gedirdim. 1 və ya yarım saat isə 3 min manatdır. Burada nə endirim, nə də bahalaşma edəcəm.
Müğənni Günay İbrahimli - Toy qiymətlərində dəyişiklik etməmişəm. Çünki toy sahiblərini də başa düşmək lazımdır. İki ilə yaxındır ki, pandemiya şəraitində yaşayırıq və mən özüm də daxil olmaqla çoxu müəyyən problemlərdən əziyyət çəkib. Toylara icazə verilməsi xəbərini alanda isə çox sevindim. Bu dövr ərzində iş üçün çox darıxdım və hazırda böyük həvəslə 1 iyul tarixini gözləyirəm.
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı