Məktəb direktoru hakim qarşısına çıxarıldı, prokuror prosesdə təəccübləndi: "Başqa dövlətləri çağırmaq lazımdır ki, gəlib bu təcrübəni öyrənsinlər"
11-05-2021 [15:11]
Hələ təhsil naziri Ceyhun Bayramovun zamanında işdən çıxarılan, Siyəzən şəhər 6 nömrəli məktəb-litseyin direktoru Yeganə Əliyevaya cinayət işi açılıb.
Mənimsəmə və rüşvət almaqda ittiham olunan Yeganə Əliyeva barəsində həbs qətimkan tədbiri seçilməyib.
Mia.az musavat.com-a istinadla xəbər verir ki, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilən Yeganə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.
Xatırladaq ki, həmin məktəb-litseyin və direktor Yeganə Əliyevanın adı məktəbin bir qrup müəlliminin 2019-cu il martın 29-da Təhsil Nazirliyinə kollektiv şikayəti ilə bağlı gündəmə gəlmişdi. Etiraz edən müəllimlər deyirdilər ki, direktor məktəbdə ucdantutma rüşvət yığır, korrupsiya əməlləri ilə məşğuldur və pedaqoji kollektivin üzvlərini təhqir edir.
Onlar işlədikləri məktəbdə qanunsuz olaraq "fond pulu" adı altında haqq yığılmasından, külli miqdarda dövlət əmlakının direktor tərəfindən talanmasından şikayət edirdilər.
Bildirirdilər ki, direktor Yeganə Əliyevanın heç kimə məhəl qoymamasına, müəllimlərdən pul tələb etməsinə etiraz edirlər.
Şikayətçi Elşən Məhərrəmov deyirdi ki, direktor məktəbdə şagirdlərdən qaz pulu alır, parta, kompüterlər uşaqlara pulla satılır: "Daxili Nəzarət Şöbəsindən məktəbimizə komissiya gələndən sonra bizə dedilər ki, pulumuz çox çıxıb 1000 manat pul yığıb verməlisiniz. Bu kollektiv bezib artıq. Hər ay "fond pulu" adı ilə 50 manat pul alırlar bizdən.
Elə müəllimlər var öz pulu ciblərindən verirlər. Verməyəndə isə iclas edib, bizi təhqir edir. Qanunsuz olaraq işdən çıxarır. Dəfələrlə prokurorluğa getmişik, Daxili Nəzarət Şöbəsinə şikayət etmişik, xeyri yoxdur. Direktorun arxasında Hadı Rəcəbli və başqa vəzifəlilər durur. Deyir, kimə deyirsiniz deyin, heç kimdən qorxmuram. Ona havadarlıq edirlər. Əlimizdə deputat Hadı Rəcəbli ilə şəkilləri var..."
Məhkəmə araşdırması zamanı məlum olub ki, iki il əvvəl məktəb direktorunun əməllərindən şikayət edən müəllimlər bu iş üzrə şahid qismində tanınıblar.
Sonuncu məhkəmə iclasında həmin müəllimlərdən bir neçəsi ifadə verib.
İlk dindirilən şahid Narxanım Ağamalıyeva olub. O, məktəbdə psixoloq işlədiyini deyib.
Məlum olub ki, işə yeni düzələn N.Ağamalıyeva dərslərin bir çoxuna getməyib.
O, istintaqda 6 ay əmək məzuniyyətində olduğunu deyib. Məhkəmədə isə anasının səhhətinə görə direktordan icazə aldığını bildirib.
Yeganə Əliyeva bir neçə dəfə prosesə müdaxilə edərək məktəb-liseyin dünyada tanınmış təhsil müəssisəsi olduğunu deyib və öz fəaliyyətini tərifləyib.
Hakim isə ona xəbərdarlıq edib.
Narxanım Ağamalıyeva suallara cavabında dərslərə getməməsinin yeganə səbəbi kimi anasının səhhətində problem olmasını göstərib.
Daha sonra prosesdə şahid qismində Elnarə Ələsgərli ifadə verib.
Məktəbdə riyaziyyat müəlliməsi işlədiyini deyən Elnarə Ələsgərli söyləyib ki, iki sinif birləşdirilib və dərslərdə də o, iştirak edib.
Məlum olub ki, bununla da onun kart hesabına iki müəllimin əmək haqqı köçürülürmüş.
Maaş kartına əlavə maaş köçdüyünü təsdiqləyən E.Ələsgərli bildirib ki, pulu çıxararaq məktəbin "zauç"u İsmayıl İsmayılova verib.
Elnarə Ələsgərli məhkəmədə bunu belə izah edib ki, pulun onun kartına köçməsi səhvən olub.
O da məlum olub ki, 6-cı və 8-ci siniflər birləşdirilib. Prokuror isə bunun necə mümkün olduğunu soruşub: "6-cı və 8-ci siniflər eyni dərsi keçir?".
E.Ələsgərli söyləyib ki, dərslər üst-üstə düşdüyü üçün bunu ediblər.
Prokuror isə buna təəccüblənib və ironiya ilə deyib ki, başqa dövlətləri çağırmaq lazımdır ki, gəlib bu təcrübəni öyrənsinlər.
Daha sonra E.Ələsgərovadan məktəbdən fond pulu yığılıb-yığılmadığını soruşublar.
Müəllimənin izah belə olub: "Bəzən olub. Məktəbə nəsə lazım olanda dəstək olurduq. İclasda belə razılığa gəldik ki, məktəbə kompüter və ya başqa ehtiyac olduqda dəstək olaq. Müəllimlərdən kimin imkanı olurdusa, kömək edirdi".
Prokuror deyib ki, 252 manat maaş alan müəllim məktəbə nə kömək edə bilər?
E.Ələsgərova söyləyib ki, az maaş aldığı, imkanı yaxşı olmadığı üçün pul verməyib: "5-6 manat vermişəm. Onu da hərdən. İmkanım olmadığı üçün vermirdim".
Sabiq məktəb direktoru yenə müdaxilə edib: "Biz yeganə məktəb idik ki, şagirdlərdən pul yığmamışıq. Problemləri müəllimlər arasında həll edirdik".
E.Ələsgərova ifadəsində ziddiyyət olub. İstintaqda deyib ki, direktor ondan öz adına kredit götürməsini istəyib. Lakin daha sonra o, belə bir halın olmadığını deyib.
Hakim bildirib ki, E.Ələsgərova istintaqdakı ifadəsini təsdiqləyərək imzalayıb.
E.Ələsgərova müstəntiqin sonradan ifadəsini dəyişə biləcəyini deyib: "Bir daha qeyd edim ki, mən müəllimə yoldaşım olmadığı üçün dərsi birləşdirmişəm. Səhvən kartıma pul köçüb və çıxarıb "zauç"a vermişəm. Bundan Yeganə xanımın xəbəri olmayıb".
Hər iki müəllimə keçmiş direktoru tərifləyərək ifadələrində deyiblər ki, Yeganə Əliyevanın məktəbində abu-hava yaxşı olub. İndi isə problemlər var.
Məhkəmə araşdırması davam edir.
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...