Pensiyaçıların, əlillərin cibinə girən Əjdər Ola bəy tərifi...
20-04-2021 [12:59]
Seymur BAYCAN
***
Azərbaycanlıların heç bir itki vermədən, heç bir fədakarlıq etmədən bütün ali məqamlara, hisslərə iddiada bulunmaqları həqiqətən çox maraqlı mövzudur.
Məsələn, adam kütbeyinin biridir, kütbeyinlik iri hərflərlə alnına yazılıb, amma istəyir ki, cəmiyyətdə dərin intellektual adam kimi ad qazansın. Yaxud adam qıymazın biridi, qəpiyi çıxanda canı çıxır, amma buna baxmayaraq səxəvətli adam kimi tanınmaq istəyir. Başqa bir misal: adam yaltağın biridir, amma istəyir onu cəmiyyətdə sözünü deyən adam kimi tanısınlar. Yaltaq olub dissident kimi tanınmaq istəyənlərin də sayı kifayət qədərdir. Azərbaycan dilini qorumaq istəyib, rus dilinə qarşı müharibə elan edənlər isə ayrı aləmdirlər. Azərbaycanda minlərlə insan var, ildə on manat verib Azərbaycan dilində bir kitab almamaq üçün min bəhanə uydururlar, amma həm də rus dilinin ölkədə at oynatmasından günün iyirmi dörd saatı danışmaqdadırlar…
Maraqlıdır ki, azərbaycanlılar heç bir itki vermədikləri, fədakarlıq etmədikləri halda iddiada bulunduqları adları qazanmağa asanlıqla müvəffəq olurlar. Bəs onlar bu çətin əməliyyatı belə asanlıqla həyata keçirməyi necə bacarırlar? Məsələ ondadır ki, ölkədə total riyakarlıq hökm sürür. Bu total riyakarlıq şəraitində bir az “zirək” adamlar üçün bir cür yaşayıb, özünü tamam başqa cür təqdim etmək su içmək kimi asandır. Bu gün Azərbaycanda hər hansı sahədə çox yox, bir balaca səmimi olmaq ağır, bağışlanılmaz cinayət sayılır. Bir balaca səmimi olmaqla sən danışılmış oyun qaydalarını pozursan və cəmiyyətin “qaymaqlarını” özünə düşmən edirsən. Bütün qapılar üzünə bağlanır, bir cür yaşayıb, tamam başqa cür görünmək istəyənlər ordusu hər yerdən səni sıxışdırıb, cəmiyyət üçün tamam yararsız bir şəxsə çevirmək istəyirlər və çox vaxt da buna nail olurlar.
Azərbaycanda rüşvətxorların vətən haqqında şeirlər yazmaları, rüşvətxorların vətən dağlarını, dərələrini, bulaqlarını, meşələrini vəsf etmələri təzə söhbət deyil. Ona görə də təqaüdçülərin, əlillərin cibinə girən adamın, Əjdər Olun vətən haqqında şeirlərini “525-ci qəzet”də görəndə, çox da təcüblənmədim. Azərbaycanda vəzifəli, pullu yazıçıların, şairlərin ətraflarına bir dəstə adam yığıb özlərini hər fürsətdə təriflətmələri də təzə söhbət sayılmaz. Məhz bu baxımdan “525-ci qəzet”də bir dəstə adamın Əjdər Olun vətən haqqında mənasız şeirlərinə bəy tərifi vurmaqlarını da adi bir hal kimi qəbul etdim.
Məni təəcübləndirən Əjdər Olun vətən haqqında şeirlərinə bəy tərifi vuranların arasında hörmətli Qismət Rüstəmovu görməyim oldu. Hörmətli Qismət bəy pensiyaçıların, əlillərin cibinə girən Əjdər Olun vətən haqqında şeirlərinə bəy tərifi vurmağı necə bacarıb? Onu buna, yaxud buna onu nə vadar edib?
Heç kim məni inandıra bilməz ki, Əjdər Olun mənasız şeirlərinə yazdığı təriflər Qismətin səmimi olaraq, həqiqətən ürəyindən gəlib. Deməli, ortada başqa səbəb var. Məsələnin mənəvi-əxlaqi tərəfini, yəni rüşvətxorun vətən haqqında yazdığı mənasız şeirlərə bəy tərifi vurmağı, çətin də olsa qoyaq bir kənara, axı Qiqmət intellektual bir adam kimi tanınır, yaşına görə yaxşı mütaliəsi var. Yaxşı, intellektual Qismət Rüstəmov bu cəfəngiyyata, bu mənasız misralara hansı əsaslarla bəy tərifi vurmağı özünə rəva bilib:
Ölmədim ağ gününü gördüm, Azərbaycanım!
Olsa da, “yox, – deyəcəm, – dərdim”, Azərbaycanım!
Səni çox öydü bu dil, amma çıxartmaz ağını,
Gözümə tutiyətək sürtmədəyəm torpağını,
Göydə göyqurşağıtək yelləyirəm bayrağını,
Himnini eyləmişəm virdim, Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!
Çox olub yağmalanan, solmuş, üzülmüş vaxtın,
Çevrilib, yandırılıb tüstüyə dönmüş taxtın,
Milyon il bərk dayanıb indiyə gəldin, çıxdın,
İgidim, qəhrəmanım, mərdim Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!
Anasından soyuyan kəsləri az görməmişik,
Yurda yanpörtü baxan tərsləri az görməmişik,
Dara düş didə çıxar səsləri, az görməmişik,
Can deyib canına can verdim, Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!
İndi isə gəlin hörmətli Qismət bəyin bu cəfəngiyyata, bu mənasız misralara vurduğu bəy tərifi ilə tanış olaq. Qismət bəy yazır:
“Əjdər Ol, demək olar ki, bütün şeirlərində mətləbi maksimum dərəcədə anlaşıqlı, xəlqi dildə ifadə edir və bunu edərkən təntənəli, dəbdəbəli obrazlardan qaçır. O, usta şairlərin adətən ya pafos tələsinə düşməmək, ya da sentimentalizmə yuvarlanmamaq üçün, ehtiyatla yanaşdığı vətənpərvərlik şeirlərində belə, həmin sadə, xəlqi ifadə tərzinə sadiq qalır. Onun “Azərbaycan”, “İstiqlal”, “Oxşama”, “Bəs bu vətən?!” kimi şeirləri gurultuyla yox, danışıq tonunda yazıldığına görə qulağı cırmaqlamır, ürəyi vurmur, elə yazıldığı kimi də rahat oxunur”.
Qismət bəy deyir ki, Əjdər Olun şeirləri qulağı cırmaqlamır. Bəlkə Əjdər Olun vəzifəsi bu şeirlərin intellektual Qismətin qulağını cırmaqlamasına imkan verməyib? Ümümiyyətə, şeirin qulaq cırmaqlamasını Qismət bəy necə, hansı formada təsəvvür edir? Bəyəm şeir pişiyə çevrilib doğrudan gəlib adamın qulağın cırmaqlamalıdır?
İndi bizim qarşımızda çətin bir iş dayanıb. İndi biz hansı Qismətin daha səmimi, daha real şəxs olduğunu müəyyənləşdirməliyik. Görəsən, hansı Qismət daha səmimi və daha real adamdır: yazılarında modernizmdən girib posmodernizmdən çıxan, semiotika, dil oyunları, struktur rəngarəngliyi kimi təntənəli sözləri yan-yana düzüb intellektual görünən Qismət daha səmimidir, yoxsa Əjdər Olun yazdığı cəfəngiyyata “qulağı cırmaqlamır” deyən Qismət?
Mia.az
MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb - VİDEO
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesaj ifşa edildi: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib