29-12-2013 [16:04]
Bu dəfə Yağmurun qonağı xalq artisti Rasim Balayevdir. Onunla söhbətləşdik və bəlli oldu ki, Rasim Balayev həyatda heç vaxt rol oynamayıb, baxmayaraq ki, bu dünyanı da səhnə hesab edir...
Zaman mənim zamanım deyil
-Feysbuk profilinizdə belə bir statusa rast gəldim: "İndi mənim zamanım deyil, ya gərək 100 əvvəl doğulaydım, ya da 100 il sonra. Nəyə görə belə düşünürsüz?
- Mən elə düşünmürəm ki. Reallıq budur. Mən bir neçə il bundan öncə insanlarda olan səmimiyyəti indikilərdə görə bilmirəm. Ona görə də belə düşünürəm. Elə bir insanam ki, kimsəni peşəsinə görə qınamıram. Peşə Allah vergisidir, kimsə yaxşı şair olur, kimi zəif... Kimi güclü aktyor, kimi isə güclü idmançı olur. İnsanlarda öyrənmək, qavrama qabiliyyəti müxtəlifdir. İnsan hansı sahədə olursa-olsun, insan olmalıdır. Hazırda isə insan qıtlığıdır. Elə buna görə ətrafıma baxıram, görürəm ki, zaman mənim zamanım deyil. Ya mən 50-60 il bundan qabaq olardım, ya da sonra... Çünki sonra olsaydım, mən də indiki mühitə öyrəşəcəkdim. Mən öyrəşə bilmirəm.
- Sizcə, keçmiş bundan gözəl idi, yoxsa gələcək gözəl olacaq?
- Açığı, mən gələcəyə inanmıram. Çünki texnika inkişaf etdikcə, insan urvatdan düşür. Keçmişdə insanlar o qədər də varlı deyildilər. Böyük əksəriyyətin maşını yox idi, amma insanlar o qədər səmimi idilər ki... Daim bir-birinin hayına, dadına çatardılar. Amma indi bahalı evlərdə yaşayan, bahalı maşınlar sürən qonşular bir-birini tanımır.
Teymurləngin dediyi reallıqdır, Nəsiminin arzusu gözəl
- "Nəsimi” filmində Nəsimi Teymurlənglə üzbəüz dayanır, bu ikisinin arasında kamillik və qorxu söhbəti gedir. Sizcə, Teymurləngin təlimi üstün gəldi, yoxsa Nəsiminin?
- İnsan kamil ola bilmir. İnsanın müəyyən hissəsi kamil olsa da, əksər hissəsi ola bilmir. Düzdür, Nəsiminin fikri, ideyası, arzusu daha gözəldir. Amma Teymurləngin dediyi reallıqdır. İnsanlardan danışdıqda təbii ki, bu siyahıya hər kəs aid deyil. Gözəl insanlar da yetəri qədər var. Amma ümumi mənzərəyə baxanda görürsən ki, cəmiyyəti iki şey saxlayır. Ya şüur, ya da qorxu hissi... İndi isə nə şüur, nə də qorxu yoxdur. Bu da olur xaos yaradır.
- Sizcə, indi biz qorxusuzuq?
- Xeyr, müəyyən qaydalar var. Amma insanlarda vicdan qorxusu yoxdur. Mənə elə gəlir ki, ən böyük qınaq yeri insanın özü, öz vicdanı olmalıdır. Normal insan hər axşam yatağına girib özü ilə bir iclas keçirməli, bu gün etdiyi bütün işlərə görə özünə hesabat verməlidir. Əgər nəsə naxələf iş görübsə, gözünə yuxu getməməlidir. Əgər hər şey normaldırsa, onda rahat yatmalıdır. Təəssüf ki, indi bunu edən insanlar azdır.
-Zəif güclüdən qorxur. Hər zaman belə olub, indi də belədir. Bəlkə insanın xarakteri bərabər yaşamağa imkan vermir?
- Razıyam, kimsə mütləq fərqlənmək istəyir.
-Dünyadan narazısınızmı?
- Narazıyam...
-Yaxşı, onda belə dünyada ədəlatə inamınızı qoruyub saxlaya bilmisinizmi?
- Yox, şübhələrim var. Amma hər halda hər kəs özünə aiddir. Mən özüm ədalət prinsipini saxlaya bilmişəm. Bəlkə də polis, hakim olsaydım, bu sözləri deyə bilməzdim. Bu gün vicdanımı ağrıdan səbəb yoxdur. Amma elə sahələr var ki, orada buraxılan səhvlər insan həyatını məhv edir. Məsələn, bir həkimin səhvi insan ölümünə, hakimin səhvi bir ailənin faciəsinə səbəb ola bilir.
Bəzən biri yıxılıb, onu tərk edib getmişəm
- Deyirsiniz ki, ədalətlə bağlı şübhələriniz var. Hər kəsdən ədalətli olmağı tələb etmək olmur, onda yol qalır insanın özünün ədalətli olmasına... Siz özünüz necə, ədalətli insansınız?
- İmkan daxilində. O qədər şeylər olub ki... Bəzən mən elə bir yerdə olmuşam ki, biri yıxılıb, amma orda dayana bilmədiyim üçün onu tərk edib getmişəm. Hansı ki, ona kömək edə bilərdim. Qısası, məndən asılı olmayan vəziyyətlər olub.
- Bir az əvvəl söhbət edəndə dediniz ki, bir şeyi sevdinizsə, ondan vaz keçə bilmirsiniz. Elələri varmi ki, onları həyatınızdan çıxartmaq istəmisiniz, amma bacarmamısınız?
- Olub, xüsusən də dostlarım... Bəzi dostlarla əlaqələrimi kəsməyim məndən asılı olmayan səbəblərdən olub. Yadıma düşəndə buna görə təəssüf edirəm. Amma çalışmışam ki, münasibətlərimiz davam etməyəndə də onların pis yox, yaxşı anlarını xatırlayam.
-Şekspir deyir ki, həyat bir səhnədir. Rasim Balayev səhnədən çıxıb, real həyata qayıdanda düşünürmü ki, həyat doğurdan da bir səhnədir?
- Bəli, o çox ağıllı adam olub. Tam doğrudur. Hətta Hüseyn Cavid də deyib ki, bu qocaman dünya bir səhnə demək, hər kəs aktyorluq edər, bilməyərək...
Hərənin boynuna bir yük, bir iş düşüb. Hər kəs də onu daşıyır. Kimi uğurlu, kimi uğursuz. Düşünürəm ki, aktyorluq ekran, səhnədə olmalıdır. Həyatda aktyorluq edənləri sevmirəm.
- Həyat bir səhnədirsə, Rasim Balayev özünü bu səhnədə hansı rolda görüb?
- Bütün insanlar kimi, mənim də pis vaxtım olub, dilxor vaxtım olub... Yanlışlarım da öz yerində. Amma çox şükür ki, elə bir yanlışım olmayıb ki, ona görə ömürlük vicdan əzabı çəkim.
Məsələn, təyyarəyə minəndə fikir vermişiniz? Bir az yuxarı qalxdıqca hər şeyin necə balaca olduğu aydınlıqla görülür. Kosmosa çıxsan, görəcəksən ki, yer kürəsi balaca bir səhnədir. İnsanlar da onun üzərində dayanıb. Molla Nəsrəddinə sual verirlər ki, niyə bu dünyada hərə bir yana gedir? Molla cavab verir ki, hamı bir tərəfə getsə, dünya aşar. Ona görə də hərə bir yerə dağılır.
Vallah, mən necə olduğumu heç bilmirəm
- Həyat səhnədirsə, biz də onun oyunçuları, demək rejissorlar da var. Sizin həyatınızın rejissoru kim olub?
- O qədərdir ki... Bir deyil, beş deyil. Ətrafımda olan hər kəs mənim rejissorumdur. Oxuduğum kitablar, böyüdüyüm mühit, mənim genlərim, valideynlərim, çevrəm...
Mən Rasiməm, onlar obrazlardır
- İnsanlara görə siz təkcə Rasim Balayev deyil, həm də Babək, Nəsimi, Beyrəksiniz... Bu obrazlardan hansını özünüzə daha yaxın bilirsiniz?
- Heç birini... Mən Rasiməm. Onlar obrazlardır. Vallah, mən necə olduğumu heç bilmirəm. Kənardan özümü qiymətləndirə bilmirəm. Hər zaman vicdanlı, ədalətli olmağa çalışmışam. Kimlərəsə əl tutum, kömək edim... imkan daxilində təbii...
- Sizcə, nəyə görə insanlar sizə ümid yeri kimi baxır? Rasim Balayevə görə, yoxsa rollarınıza?
- Xeyr, yəqin eşidiblər ki, mən hər kəsi qəbul edən biriyəm. Yekəxana deyil, kömək əli uzadan adamam. Məni tanıyan insanların yanında xeyirxah obrazım var.
- Özünüzü xeyirxah sayırsınız?
- Xeyirxah olmaq üçün gərək böyük imkanların olsun. Mən öz məhdud imkanlarım içində bunun öhdəsindən gəlmişəm. Məsələn, nazir bir adama demişəm ki, Allah sizə savab qazanmaq üçün daha çox imkan verib. İndi görün nə edirsiniz...
- Həyatınızda zorən yaşadığınız anlar çoxmu olub? Biz bəzən içimizdə bədbəxt olub, üzdə gülmək zorunda qalırıq. Siz necə, həyatda çoxmu rol oynamaq məcbiriyyətində qalmısınız?
- Mən həmişə Rasim olmuşam. Qəmli olmalıyamsa, qəmli oluram, gülmək lazımdırsa, gülürəm. Heç vaxt özümü zorlamamışam. Kiməsə xoş gəlmək üçün elə davranmamışam. Həyatdır, hər şey olur...
- "Həyatdır” sözünü yaman küskün dediniz... Sizcə, həyata çox məna yükləməyə dəyərmi?
- Dəyməz, heç dəyməz... Amma bilirsiniz, məni nə üzür, insanların savadlanmaq istəməməsi... Mənə elə gəlir ki, savad ən çətin anda insanın əlindən tutur. Savadlı insanlar digərlərinə nisbətən daha qürurlu, dözümlü olur. İnsan çox biləndə hər şeyi düzgün dəyərləndirir, həm də vətənpərvər olur.
- Siz necə, özünüzü vətənpərvər hesab edirsiniz?
- Əlbəttə, bir neçə festivalda vətənimi layiqincə təmsil etmişəm.
-O festivallarda bir rolun məsuliyyəti daha ağır olub, yoxsa azərbaycanlı olmağın?
- Əlbəttə, azərbaycanlı olmağın. Mən orada gərək özümü elə aparam ki, Azərbaycan haqqında yaxşı fikirdə olsunlar.
"Neftçi” "Qalatasaray”ı 7-0 udmuşdu
- İndi necə, beynəlxalq aləmdə bizi təmsil edənlər bunu layiqincə edə bilir?
- Bəli, edə bilirlər. Muğam ustalarımız, idmançılarımız var. Pantomim teartı bizi yaxşı təmsil edə bilər. Çox təəssüf ki, başqa teatrlarımız zəifdir, elə kinomuz da...
-Bizdə 60-80-çi illərdə gözəl filmlərimiz vardı. Amma məsələn, Türkiyədə Yaşılcam filmləri zəifdir, onlar indi daha da irəli gedir, bizim kino sənətisə demək olar ki iflic vəziyyətdədir.
- Mən Yaşılcamda çox olmuşam. Onların filmləri bizim o zamankı filmlərdən zəifdi. Onlarda çox şey bizdən sonra olub. Yadımdadır, o vaxt "Neftçi” "Qalatasaray”ı 7-0 uddu. Yeddi sıfır eee! İndi isə onlar bizi hər şeydə udur.
Kino çox gənc bir sənətdir. Hazırda bizdə tənəzzül dövrüdür və belə gedərsə, hələ uzun müddət də heç nə dəyişməyəcək.
Bu sənətə Məcnun məhəbbəti lazımdır
- Gənc rejissor, aktyorlar sizi qane edir?
- Yox, mən heç onları tanımıram. Mən insanları daima işinə görə tanıyıram. Son dövr elə film görmədim, soruşum ki, bu filmin rejissoru kimdir... Kinonun geri qalmasının səbəbi budur ki, seçimlər düz deyil. Sənət universitetlərinin imtahanı tam başqa cür olmalıdır. Burada test üsulu ikinci plana keçməlidir. Biri tarixi, riyaziyyatı zəif bilər, amma onda fitri istedad olar. Bizim dövrümüzdə sənət insanlarını axtarıb tapırdılar. O vaxt bacaranları bir neçə dəfə ələyib, sonra seçirdilər və heç vaxt burada tapşırılmaqdan söhbət gedə bilməzdi. Bu gün lazimi bal toplaya bilməyənləri gətirib qoyurlar aktyorluq fakultəsinə... Uğur qazanmaq üçün üç şey lazımdır. Fitri istedad, zəhmət və şans... Biri geridə qalsa, mümkün deyil. Bu sənətə Məcnun məhəbbəti lazımdır. Mən bu gün onu görmürəm. Mən görürəm ki, gənclər gələn kimi pulla maraqlanır. Bu sənətə gələn kimi istəyir ki, maşını, yaxşı evi olsun, bu mümkün deyil. Mən "Nəsimi”də çəkiləndə işə avtobusda sallana-sallana gəlirdim. 8-ci kilometrdə kirayədə qalırdım. Filmdən sonra hökumət ev verdi.
Müəllim bizə tapşırıq verirdi, biz də məşq etmək üçün "Malakan” bağının yanında bir dükan vardı, pul yığıb onun nəzarətçisinə araq və kolbasa, çörək alıb verirdik ki, bizi içəri buraxsın. Vaxtın necə keçdiyini bilmirdik, gecə saat 12-də qurtarıb çıxanda da pulumuz olmurdu, düz "Sevil” kinoteatrının yanınadək piyada gəlirdik.
İndi iki mahnı oxuyub olurlar sənətkar, maşın alıb villalarda yaşamaqla beyinlər çaşır. Amma onlar anlamır ki, iki mahnı oxumaqla deyil, əxlaqsız yolla qazanılır bunlar...
Həmin müğənnilərdən soruşanda deyir ki, mən "biznes”lə məşğul oluram. İndi bunun adını "biznes” qoyublar. Nə "biznes”idir o? Yalan söhbətdir hamısı... Bu da cəmiyyəti korlayır. Daş-qalaq olunmalı adamlar indi hörmət sahibi olub. Əvvəllər belələrini heç efirə buraxmazdılar.
-Amma indi dediyiniz adamlar cəmiyyətin elitası sayılır...
- Elədir... Mən, mənim kimilər sənətə gələndə heç vaxt maşın barədə düşünməmişdik. Bəzən heç filmə çəkiləndə pul da almamışam.
- Məsələn, hansı filmdə?
- "Qatır Məmməd” filmini bir dəfə çəkmişdilər, yaxşı alınmamışdı, filmi verdilər Rasim Ocaqova, o da məni Əziz roluna təsdiq etdi. Hamımız qışın soyuğunda yarı ac-yarı tox, Qobustanın sərt havasında o filmi ərsəyə gətirdik.
- Belə olmanıza peşman deyilsiniz ki?
- Xeyr, əsla peşman olmamışam.
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı