Erməni xəstəliyi: simptomları, müalicəsi
08-01-2021 [16:58]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Çox uzun vaxt olmasa da, XXI əsrin ötən 20 ili bütün dünya üçün bir-birindən fərqli müxtəlif problemlər və onların həlli ilə yadda qaldı.
Artıq 2021-ci ilin astanasında istər cəmiyyətin sosial-iqtisadi həyatında, istərsə də texnoloji tərəqqidə baş verən dəyişikliklərə baxdıqda iki-üçillik zaman bölümünün belə, çox keçmişdə qaldığını deyə bilirik.
Şübhəsiz, hər bir insan yaxşı yaşaması üçün daim çalışmalı, elmə, mədəniyyətə xidmət etməli, digərləri ilə dostluq əlaqələri qurmalı, birgə əməkdaşlıq yolu ilə cari və qlobal məsələlərin həllini axtarmalıdır. Elə bəşəri inkişafın özü də budur. Tarixboyu tərəqqipərvər xalqların və tanınmış şəxsiyyətlərin səyləri ilə bugünkü mədəniyyət yaradılmış və insanoğlu hər cür çətinlik, təhlükə, xəstəlik və problemlərə qarşı mübarizə aparmış və uğurlar qazanmışdır. Amma nə qədər təəccüblü və təəssüflü olsa da hələ də planetdə elə problemlər, daha doğrusu, xəstəliklər qalmaqdadır ki, bunlar bugünkü varlığı ilə insanların həyatını təhlükə altına alır, şüurunu zəhərləyir, əsəblərini korlayır və yaxud sadəcə, vaxtını boşa aparır. 200 ilə yaxın bir müddətdə təkcə Cənubi Qafqaz regionunda deyil, elə səpələndikləri beş (bəlkə də altı) qitədə insanların başını ağrıdan, terror, təxribat və fitnə yolu ilə normal həyatı məhv edən erməni xəstəliyi də davam etdikcə onun daşıyıcıları olan ermənilərin və hay heyranlarının qızdırması da vaxtaşırı olaraq qalxır. Müasir tibb elminə gerçək “erməni xəstəliyi” adı ilə qızdırma əlamətli genetik bir xəstəlik kimi məlum olan, tibbi statistikada isə əsasən erməni millətindən olan insanların daha çox yoluxduğu bildirilən və Şimali Afrika-Aralıq dənizi mənşəli bu mərizin müayinəsi və müalicəsi barədə dəqiq elmi fikirlər məlum olsa da, yaltaqlıq, lovğalıq, hiylə və qorxaqlıq kimi simptomları ilə hər yerdə rastımıza çıxan daha təhlükəli erməni xəstəliyi bu gün hamı ilə birgə bizim də başımızı ağrıtmaqdadır.
Erməni xəstəliyi unikal bir xəstəlikdir. Həkim olmasam da ən azından bugünkü qlobal pandemiyanın canlı şahidlərindən biri kimi deyə bilərəm ki, profilaktik tədbirlərə, həkim məsləhətinə əməl edib, sağlam həyat tərzi keçirən hər bir kəs Allahın köməyi ilə ona verilmiş ömrü sağlıqlı başa vura bilər. Yəni bu gün bütün insanlar da çalışıb-əlləşib, son nəticədə, sağlam və firavan yaşamaq üçün nə lazımsa onu etmək uğrunda mübarizə aparırlar. Amma uzaq və yaxın tarixdə baş verən hadisələrə, eləcə də Azərbaycanın 44 günlük uğurlu Vətən müharibəsindən sonrakı cəmisi ikiaylıq bir müddətin xronologiyasına baxdıqda görürük ki, ermənilər nəinki onların qanına işləmiş xəstəlikdən nəhayət ki, qurtulmağa, insan kimi yaşayıb adam olmağa çalışır, tam tərsinə, harada gəldi bir-birini dişləyən zombilər kimi öz aralarında daha çox virus yayıb xəstələnməyə çalışırlar.
Əslində, statistik olaraq ermənilərin bir-birini yoluxdurmasının pandemik bir fəlakət doğuracağı təhlükəsi yoxdur. Yəni bəlkə də, 70 faizdən çoxunun indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından kənarda yaşadığı bu etnik qrupun 6-7 milyonunun hamısı virusa bulaşsa nə baş verər ki?!
Başqa sözlə, indiki pandemiya şəraitinin təcrübəsi onu demyə əsas verir ki, əgər bu qədər insanın hamısı gizli daşıyıcı olarsa, tək bircə sərt karantin rejimi ilə onları məhdudlaşdırmaq mümkündür. Ancaq tarixin ötən dövrlərini, elə lap 100 il əvvəldən bu günədək olan dövrə geri baxdıqda görürük ki, ermənilərin bu tarixi xəstəliyini məhdudlaşdırmaq üçün nə tibb, nə digər təbiət elmləri, nə sosial elmlərin gəldiyi nəticə bir fayda vermir. Yeri gəldi-gəlmədi lovğalanıb özlərini Yer üzünün ilk və əbədi sakinləri tipində göstərən ermənilərə gerçək kimliyini xatırladanda dərhal daban yalayıb ən miskin cildə düşmələrinə, yaxud pusuya yatmış zınqırovlu ilan kimi on illərlə səbirlə gözləyib qəfildən şikarını zəhərləyən, sonra da başı əziləndə, sanki heç bir şey olmamış kimi quyruğunu sağa-sola çırpıb ara qarşıdırmalarına qarşı görəsən hansı vaksin, hansı dərman fayda verər?
Deyəsən, çətin məsələdir. Çünki bu gün 10 noyabr 2020-ci il tarixli təslimolma sənədinə imza atıb, 30 il ərzində viran qoyduqları Qarabağdan rüsvaylıqla qovulan ermənilərin siyasi liderlərindən tutmuş xaricdəki əli pulla oynayan “yan”larınadək, demək olar ki, hamısı hələ də qızdırma içində, — bu məğlubiyyət hər şeyin sonu deyil, deyə bir ağızdan sayıqlamaqdadırlar.
Görünür, xain qonşularımız yeni yüzilliyə yeni savaş standartları gətirmiş qalib Azərbaycan Ordusundan aldıqları layiqli dərsdən hələ də düzgün nəticə çıxarmayıblar. Ola bilər, ağır kəllə-beyin travması almış insanın nə gəldi söyləməsi mümkündür. Amma huşu özünə gələr-gəlməz yenidən böyük torpaqlar udmaq iştahası ilə ağzını açan ermənilər, görəsən, nədən belə xəstədirlər? Bunun səbəbləri nədir?
Gəlin baxaq:
Ermənilər acgözdürlər. Bu, bəlkə də, onların tarixən kasıb yaşamaları, yaxud həmişə xidmətçi kimi ələbaxım olmalarına bağlıdır. Amma bu da vardır ki, bu insanlar yaxşı bir fürsətçi kimi yaşadıqları yad ölkələrdə “düzüb-qoşmaq” ustası kimi yerli insanlardan da yaxşı yaşamağı bacarırlar. Yəni müasir ermənilərin çox da dilənçi olduğunu demək insafsızlıq olar. Amma ədalət naminə onu da demək lazımdır ki, “quyuya su tökməklə quyuda su olmaz” zərb-məsəli də ermənilər üçün çox tutarlıdır. Yəni Ermənistanda insanları yaşada biləcək zəngin təbii ehtiyatlar olmasa da müasir dünya təcrübəsi göstərir ki, elmtutumlu istehsal ilə bunlarsız da yaxşı yaşamaq mümkündür. Amma gəlin görək sübh erkəndən, günbatana qədər Ağrı dağına qovuşmaq xəyalları ilə yaşayıb, Göyçə gölünü Xəzərdən də böyük hesab edən ermənilərdə hardandı bu təpər?
Ac toyuq yuxusunda darı görər, - misalı ilə desək, Rusiyaya konservləşdirilmiş badımcan kababı ixracı ilə müasir Ermənistanda hansı işləri görmək, hansı irimiqyaslı layihələri reallaşdırmaq olar?
Ona görə də ötən dövrdə konyak diplomatiyası və daha bundan daha alçaq yollarla ələ aldıqları üçüncü, dördüncü dərəcəli xarici havadarları sayəsində gördükləri işlərin mahiyyəti sonucda bir çaxır xumundan böyük olmadı. Nəticə də göz qabağındadır. Bu dövrdə erməni gənclər çörək pulu üçün kütləvi olaraq xaricə axışdı, kəndlər boşaldı, iqtisadiyyat çökdü, qızları evdə qalıb qarıdılar.
Hiyləgər ermənilər fitnə-fəsad çıxarmağın əsl ustasıdırlar. Olanları gizlətmək, olmayanı qıpqırmızı adamların üzünə demək bacarığı, sanki bu insnaların boyuna biçilib. Heç qara ləkələrlə dolu tarixlərini demirəm. Elə götürək ağ bayraq qaldırıb imdad dilədikləri 10 noyabrdan sonrakı dövrdə Ermənistan mətbuatındakı yazıları. Bir tərəfdən dövlət başçılarını satqın adlandıran erməni başbilənləri digər tərəfdən elə cümlələr yazırlar ki, sanki Qarabağda qələbə qazanan elə bunlarmış. Yəqin ki, xalqımız Şuşa zəfərini yaşadığı gün ermənilərin Qubadlıda nəzarətin onlarda olması kimi gülməli bəyanatlarını xatırlayanlar vardır. Deməli, ermənilər yeri gəlsə hətta öz binəva xalqını da aldatmaqdan çəkinmir, o ki qaldı dünyanı çaş-baş salmağa.
Amma çoxbilmiş tülkü quyruğundan tələyə düşər, - deyiblər. Ermənilər tarixboyu çirkin əməllərini saxtakarlıqla ört-basdır etsələr də müasir dünya artıq internet, foto-video fakt dünyasıdır. Bir anda dünya olub-bitənləri görür, şərhə ehtiyac olmadan hər bir həqiqətin şahidi olur. Belə həqiqətlər isə yüzlərlə, minlərlədir. Odur ki, indi erməni xəstəliyinə tutulmuş hər bir erməninin bir qorxusu var: içlərindəki qisas dolu faşizm hisslərinin birbaşa qurbanına çevrilmək!
Çünki ermənilər qorxaq olduqları kimi də qəddardırlar. Yəni illər ərzində gizli saxladıqları kirli əməllərinə görə cavab verəcəyi günün qorxusundan onlar hər kəsə, hətta öz millətinə də qarşı amansız olurlar. Bu da erməni xəstəliyinin bir simptomudur.
Ermənilər lovğadırlar. Saray təlxəkləri kimi gop edib camaatı əyləndirən ermənilər elə modern yalanlar uydursunlar ki, gəl görəsən. Bu da erməni xəstəliyinin bir əlamətidir və məncə onu müalicə etmək daha çətindir. Misal üçün, planetdə qitə adlarının A ilə başlayıb A ilə qurtardığını əsas gətirib, bütün Yer kürəsindəki quru ərazilərin onlara məxsus olduğunu iddia edən erməni yəqin ki, Ermənistanın da baş yalançısıdır. Yaxud, üzümün, əriyin, gilasın vətəninin Ermənistan olduğunu, lavaşın, dolmanın onların mətbəxinə məxsus olduğunu deyən ermənidən daha nə gözləyəsən? Hamı deyəcək ki, xəstədir, boş ver! Bəli, elə bu xəstə ermənilər idi ki, bir zaman Şuşada, Cıdır düzündə qol götürdülər, amma yallı gedə bilmədilər. Çünki yad torpaqda, onlara məxsus olmayan musiqinin ritmini tuta bilmədilər və hamılıqca büdrəyib, çox pis yıxıldılar. Həm də axı, yallı həmrəylik simvolu kimi Türk xalqlarına məxsus rəqsdir. Həmrəyliyin nə olduğunu isə təkcə ermənilər deyil, bütün dünya 44 günlük şanlı Vətən müharibəsi dövründə Azərbaycandan yaxşıca öyrəndi…
Nə isə, deyəsən, bütün bunlardan sonra onsuz da xəstə ermənilərin dərdi daha da artıb. Amma onu deyim ki, dərmanlarını da tapıblar. Dəmir Yumruq! Bu dəmir yumruq erməni xəstəliyinin ən tutarlı dərmanı kimi başlarında partlayıb bir az ağıl gətirdi. Bir müddət səsləri çıxmadı. Amma, deyəsən, hələ də tam sağalmayıblar. Elə isə müzəffər Ordumuzun Ali Baş Komandanının dediyi kimi: “Əgər bir də baş qaldırsalar bu dəfə 44 günlük müharibə yalan olacaq!”.
Çünki, bütün dünya indi erməniləri, onların düçar olduqları xəstəliyi və simptomlarını da əvvəlkindən daha yaxşı tanıyır.
Müəllifin digər yazıları
Azərbaycan əsgəri dünyanı erməni faşizmindən xilas edəcək... https://www.mia.az/w1000431/1000431
Yeddi uşaqlı Sarkis və onun unitaz həvəsi (Satirik hekayə) https://www.mia.az/w1002778/1002778
Sahibsiz qalmış Mişa və ya erməni xislətinin acı sonluğu. https://www.mia.az/w1000995/sahibsiz-qalmis-misa-ve-yanbspermeni-xisletinin-aci-sonlugu-2020-10-31-133901
BAKI-XANKƏNDİ-ŞUŞA TURİZM MARŞRUTU... - Beynəlxalq Turizm ... https://www.mia.az/mobil/1001672
"Əsgərlərimizdə həmişə böyük ruh yüksəkliyi var..." - Leytenant Elton ... https://mia.az/mobil/1002191
İşğal sonrası Qarabağ iqtisadiyyatı - Turizm https://www.mia.az/mobil/1002342
Mia.az
“Xəyyam Əhmədlinin müalicəsinə kömək etməyənlər sırasında kim adımı çəkirsə..." - Meyxana ustadı
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Əli Əsədov yeni qərar imzalayıb
Valideynlər Hövsan Olimpiya İdman Kompleksindən şikayət edir - Çarpayılar su altında qalıb + VİDEO
Məşhur müğənninin ayaqları tamamilə tutulub - "Sən bir ağrılarımı bilsən..." - FOTO
"Avrora Qrup" məhkəməyə verilib
Şuşa şəhərinə daha 48 ailə köçürülüb
Ceyhun Bayramov Maltaya yollanıb
Azərbaycan neftinin qiyməti 2 dollar qalxdı
4 uşaq anası ərini öldürüb - Çoxsaylı bıçaq zərbələriylə
Rektor kimdən və niyə şikayət edib? - İradə Xəlilovanın qızı ilə bağlı ilginc xəbər yayıldı
Mərkəzi Bank sədrinin 753 əmlakına "əl qoyulub" - Vəzifədən azad olunandan bir il sonra...
Osimhen yanvarda "Qalatasaray"dan gedəcək? - "Müqaviləsində elə bir bənd var ki..."
Gürcüstanda polis nümayişi dağıtdı, ancaq... - Qonşu ölkədə səhərə yaxın qarşıdurma artıb, saxlanılanlar var
İran XİN başçısı: "Əsədə yardım üçün ordu göndərməyə hazırıq" - İraqdakı silahlı qruplar Suriyaya daxil olub
Türkiyədə tikiş sexində dəm qazı: 21 nəfər zəhərlənib
İsrail ordusu Qəzzanı növbəti dəfə vurub: ölənlər var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Ulduz” jurnalının Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi sayı çap olunub
Gürcüstanda gərginlik: 298 nəfər saxlanılıb, 143 polis yaralanıb - "Bu, çox narahatedici haldır"
"Bəzi Qərb səfirlikləri QHT-ləri ələ almağa çalışır" - Dövlət qurumları yanındakı şuralarla bağlı sensasiyalı bəyanat yayılıb
Türkiyədə zəlzələ olub
Cənubi Koreya parlamenti hərbi vəziyyət rejimini ləğv edib
Müəllim İdarə müdiri təyin edilib
İstanbulun ən çox kriminallaşmış bölgələri - SİYAHI
Onlara təhsil sektorunda yüksək vəzifələr verildi - Siyahı + FOTO
Mehriban Xanlarova: "Onun üç yaşında olan qızını böyüdərək, analıq etmişəm, ancaq..."
Qəzzada savaşın 424-ci günü: ölənlərin sayı 44502-yə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTAT SAHİL BABAYEVİN MÜŞAVİRİ OLDU
"Beşiktaş" erkən seçki qərarı verdi
İsrail Qəzza zolağını yenə bombaladı: ölən və yaralananlar var
Suriyada daha 7 terrorçu zərərsizləşdirilib