Azərbaycanın tanınmış rəssamlarından olan tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyevin rəsmlərindən ibarət növbəti sərgi keçiriləcək.
"Şuşa-Qarabağ" adlı sərgidə möhtəşəm rəsm əsərləri Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı
ilə nümayiş olunacaq.
Mia.az xəbər verir ki, əslən Qarabağdan olan rəssamın yaradıcılığının ana xəttini Şuşa harayı, işğal
altında olan torpaqların nisgilli durumu və Xocalı faciəsi təşkil edir: «Təsadüfi
deyil ki, rəssamın dövlət qurumu tərəfindən son mükafatlandırılması da "Şuşanın
işıqları" adlı əsərinə görə olub. Rəssamın fərdi yaradıcılığına həsr olunacaq sərgidə onun 100-dən artıq əsəri nümayiş olunacaq. Sərgi noyabrın 16-da saat 17-00-da açılacaq
və bir ay müddətində davam edəcək».
Məlumatda o da bildirilir ki, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun imzası ilə Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova məktub ünvanlanıb və qurumdan sərgini geniş işiqlandırılması xahiş olunub.
Bakı, Puşkin küçəsi 26. Dəmir yol vağzalının yaxınlığındakı AK-sentre, 3-cü mərtəbə, "Şərq Qalereyası".