Rusiya Miqrantları Federasiyasının vitse-prezidenti Mais Qurbanova qarşı törədilən sui-qəsdin videosu yayılıb.

Mia.az Press24.az-a istinadən xəbər verir ki, ona atəş aşan Tambov vilayətinin Morşansk sakini olan 24 yaşlı qadındır.

Qeyd edək ki, noyabrın 12-də Mais Qurbanov yaşadığı binanın girişində güllələnib. Ona gənc insanlar arasından bir qız atəş açıb. Ardından həmin dəstə hadisə yerindən qaçaraq uzaqlaşıb. Qurbanov isə yaxınlıqdakı kafeyə gedərək, təcili yardım çağırılmasını xahiş edib.

Həmin dəhşətli anların videosunu sizə təqdim edirik.