Sənətçi bu xoş günündə 34 ildir birlikdə olduğu Gülü xanımdan başqa heç kimdən hədiyyə qəbul etmədiyini bildirib. "Xanımım mənə gedib sarı dəmirlər alıb, hədiyyə edib (gülür)”, ”sarı dəmir” dedikdə qızıl zinyət əşyasını nəzərdə tutub.
Gitara ifaçısı eləcə də, toylardan qazandığı pulu önəmsəmədiyini də bildirib: "Öz atam kalxoz sədri olduğuna görə pula da önəm verməmişəm, toylardan qazandığım pul vacib olmayıb mənin üçün. O qazanca ancaq yeyib-içmişəm”.
Gülü xanım həyat yoldaşını canlı yayımda təbrik edib: "Allah bütün ailələri xoşbəxt eləsin içində biz olmaqla. Qadınlar həyat yoldaşlarının səhvlərindən keçməyə çalışsınlar ki, ailələri möhkəm olsun. Rəmişin çox səhvləri olub bu günə qədər, amma hər birini ona keçirəm. Nə edibsə halal xoşu olsun üstümdən əksik olmasın” deyərək ürək sözlərini bildirib.


