Milli Məclisin bu gün keçirilən plenar iclasında 2014- cü ilin dövlət büdcəsi və DSMF-nin büdcə gəlirləri haqqında layihələri müzakirə olunur.

"Qafqazinfo” xəbər verir ki, spiker Oqtay Əsədov bildirib ki, 1 aya yaxındır büdcə layihəsi geniş ictimaiyyətə təqdim olunub. Hesabama Palatası layihəyə rəy verib, Milli Məclisin bütün komitələrində müzakirə olunub. "2014- cü ilin dövlət büdcəsi layihəsi Azərbaycan iqtisadiyyatını sabit inkişafını göstərir. ÜDM 70 milyard dollara çatacaq. Bu məqsəd iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı hesabına həll edilmədilidir. Cari il üçün planlaşdırılan 10 faiz artım bunu göstərəcək”.

İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dövlət büdcəsi yaxın 4-5 ildə 100 milyarddan çox olacaq: "Bu da əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Büdcənin gələcəkdə neftdən asılılığı azalacaq. Bu il Dövlət Neft fondundan büdcəyə gələn gəlir 2 milyard dollara qədər azaldılacaq.

Ölkədə müasir standartlara cavab verən vergi siyasəti formalaşıb. Vegilər Nazirliyi vasitəsi olan büdcəyə daxilolmaların 17, 9 faiz artması nəzərdə tutulur. Yerli gəlirlər də inkişaf etməyə başlayıb. Artıq ölkənin 5 şəhəri dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini təmin edəcək.

Bir sıra problemlərimiz var. Məşğulluq problemimiz var. Yeni iş yerləri açılmalıdır. Miqrasiya axını azaldılmaldır. Bəzi sahələrdə əməkhaaqqı yüksək deyil. O sahələrdə əməkhaqqının artırılması üçün bizim imkanlarımız var”.