Azərbaycan prezidentinin ilk rəsmi səfər üçün Türkiyəni seçməsi rəsmi Ankarada iki ölkə arasındakı münasibətlərə və qardaşlıq əlaqələrinə verilən önəm kimi qiymətləndirilir.
Bu barədə Türkiyə prezidentinin rəsmi saytında da xüsusi qeyd olunub. Türkiyə hökumətinin açıqlamasında deyilir ki, 12-13 noyabr tarixlərində Azərbaycan prezidenti türkiyəli həmkarı, eləcə də, bu ölkənin baş naziri ilə görüşlər keçirəcək.
Həmçinin olduğu Azərbaycan-Türkiyə yüksək səviyyəli Strareji Əməkdaşlıq Komissiyasının III iclası da baş tutacaq. Keçirilən görüşlərdə iki tərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, həm də regionda baş verən proseslər müzakirə mövzusu olacaq.
Çıxışın yekununda bir neçə sazişin və protokolun imzalanması gözlənilir. Həmçinin səfər zamanı Azərbaycan prezidentinə Türkiyənin ali dövlət nişanının təqdim edilməsi də nəzərdə tutulur. Azərbaycan prezidentini Türkiyəyə Abdulla Gül dəvət edib.