Milli Məclis sabahdan etibarən 4 gün ardıcıl sessiya keçirəcək. Sessiyalarda büdcə müzakirələri aparılacaq.
MIA-nın İnterAz-a istinadən xəbərinə görə, müzakirəyə çıxarılacaq qanun layihələri aşağıdakılardır: "2014-cü il dövlət büdcəsi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, "2014-cü il üçün yaşayış minimumu haqqında”, "2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, "Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və "Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında”.