Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistanın yeni hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarına növbəti dəfə dəstək verib. 

Nazirliyin "Twitter" səhifəsində bununla bağlı yeni paylaşım edilib. 

Nazirliyin təqdim etdiyi şerin bəndi belədir:

Eşqimiz, sevdamız könlümüzdədir bizim,

Dərdimiz, diləyimiz dərindədir bizim,

Taleyimiz bir yazılmış ağ alnımıza,

Gücümüz, irfanımız birliyimizdədir bizim!

“Türkiyə-Azərbaycan” şüarı ilə dövlət bayraqlarımızın qoşa dalğalandığı paylaşıma iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərindən çəkilmiş fotolar əlavə edilib/Report.