Maliyyə Nazirliyinin Cəlilabad rayon şöbəsinin rəisi Əlinazim Quliyevin diplomu yoxdur.

Mia.az Demokratiya.info-ya istinadən xəbər verir ki, Əlinazim Quliyevin diplomsuz şöbə rəisi vəzifəsində işləməsindən nazirlik bir sıra yüksək vəzifəlilər xəbərdardır. Lakin Maliyyə Nazirliyində olan himayədarları bu faktı nazir Samir Şərifovdan gizlətməyi bacarmaqla, şöbə rəsinin vəzifə ömrünü uzadıblar.

 Xəbərdə o da vurğulanıb ki, şöbə rəisi əvvəllər qarmon ifaçısı olub vəzifəsinə qədər toylarda çıxış edib.

 Məsələ ilə bağlı tərəfi dinləməyə hazırıq.