"Pakistanın yeni səfiri Bilal Hayenin etimadnaməsinin surətini qəbul etdim".
Mia.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “Twitter” səhifəsində yazıb: “İkitərəfli münasibətlər müzakirə etdik, həmçinin Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Azərbaycanın mülki vətəndaşlar və mülki obyektlərinin atəşə tutması barədə məlumat verdim. Qardaş Pakistana verdiyi güclü dəstəyə görə təşəkkür etdim”.