“Ermənistan işğal etdiyi ərazilərdən davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, Ermənistanın dünəndən bəri həyata keçirdiyi təxribat nəticəsində 6 mülki şəxs həyatını itirib: “Son məlumatlara görə, 19 nəfər yaralanıb”.