Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçilib.

Mia.az TRT-yə istinadən xəbər verir ki, səsvermə ilə hakim AKP-nin dəstəklədiyi hazırkı TBMM sədri İsmayıl Kahraman yenidən öz postunda qalıb.

Qeyd edək ki, İsmayıl Kahraman CHP üzvü Zekeriya Temizel,  MHP üzvü Celal Aydın, HDP-dən Səlma İrmak və yeni yaradılan İYİ Partiyasının üzvü Yusuf Halaçoğlu ilə yarışıb.

İsmayıl Kahraman 3-cü turda 289 deputatın səsini qazanaraq, yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. 


Mia.az