Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Qarabağda başlayan hərbi əməliyyatlarla bağlı açıqlama verib.
Partiya sədri Mia.az-a açıqlamasında deyib ki, Böyük Quruluş Partiyası Ermənistan işğalçı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərarını tam dəstəkləyir: "Partiya struktrlarında təmsil olunan hər bir üzvümüzün Ali Baş Komandanın Vətənin müdafiəsi uğrunda bütün əmr, göstəriş və tapşırııqlarını yerinə yetirməyə tam hazır olduğunu bəyan edirik".