Avropa Liqasının qrup mərhələsində IV turunun oyunları keçirilib.

Türkiyənin "Trabzonspor" klubu səfərdə Polşanın "Legiya" komandası ilə qarşılaşıb. Fasiləyə qolsuz yollanan komandaların duelində hesab ikinci hissədə açılıb. Səfərdə iki qol Trabzon təmsilçisi görüşdən qalib ayrılıb - 2:0.

Milli komandamızın üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" doğma meydanda İngiltərənin "Uiqan" klubunu qəbul edib. R.Abışovun iştirak etmədiyi görüş 1:0 hesabı ilə Kazan təmsilçisinin xeyrinə başa çatıb.

"Qarabağ"ı Avroliqanın qrup mərhələsinə düşməkdən məhrum edən "Ayntraxt" səfərdə "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşıb. Təl-Əviv təmsilçisi bu oyunda 4:2 hesablı qələbəyə sevinib. 

"İnter"i Avroliqanın II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Tromse" öz meydanında "Anji" ilə üz-üzə gəlib. Mahaçqala təmsilçisinin son dəqiqələrdə vurduğu qol oyunda yeganə oolub - 1:0.