Ariz ABDULƏLİYEV,

Bakı Musiqi Akademiyasının aparıcı elmi işçisi,

"91-lər" ictimai-siyasi hərəkatın üzvü

ariz-abdulaliyev@mail.ru

***

1992-ci il, 24 oktyabr. Naxçıvan Ail Məclisinin sədri Heydər Əliyev "91-lər" ictimai-siyasi hərəkatının ona ünvanlanmış 1992-ci il, 16 oktyabr tarixli "AZƏRBAYCAN SİZİN SÖZÜNÜZÜ GÖZLƏYİR" müraciətinə özünün "YENİ VƏ MÜSTƏQİL AZƏRBAYCAN UĞRUNDA" tarixi bəyanat-müraciəti ilə cavab verdi.

Müstəqillik tariximizə "91-lər" adı ilə düşən ziyalı hərəkatının müraciəti o zaman "Səs" qəzetində dərc olunaraq, geniş ictimaiyyətə təqdim olunmuşdu.

Müraciətdən bəzi sitatlar:

"Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində iflic vəziyyətinə düşmüşdür.

Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribə burasındadır ki, prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxsləri dəfələrlə öz müsahibələrində bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir".

"Axırı görüməyən, minlərlə insan ömrü aparan, saysız-hesabsız ailələri doğma yurdlarından didərgin salan Qarabağ fitnəkarlığı bir çoxları üçün siyasi oyunbazlığa, məqam, vəzifə qamarlamaq girəvəsinə, qazanc mənbəyinə dönübdür. Azərbaycanda “sürətli artım” ancaq yeni-yeni partiyaların və onların liderlərinin meydana çıxması sahəsindədir. Bu siyasi partiyaların sayı gündən-günə çoxalsa da, respublikada ictimai-siyasi həmrəylik yaratmaq yolunda əməli iş görülmür, siyasi vakuum mövcuddur. Çünki bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, ən müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur".

"Möhtərəm HEYDƏR BƏY!

İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər.

Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını da məhz öz şəxsi nüfuzunuz və uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz. Bütün çətinliklərə baxmayaraq, hələ Baltik respublikalarında belə qalan rus ordusunun Naxçıvandakı hissələrini Siz çox bacarıqla, qayda-qanunla yola saldınız. Qardaş Türkiyə və İranın köməyi ilə Naxçıvan əhalisini dözülməz vəziyyətdən çıxarırsınız. İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz.

HEYDƏR BƏY! Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir." "Səs" qəzeti, 16 oktyabr, 1992-ci il.

Bu müraciət, əslində, sosial-siyasi sifariş idi, onun arxasında milyonlara insanın Heydər Əliyevə siyasi, milli lider kimi inamı, etimadı dayanırdı. Adı çəkilən ictimai-siyasi hərəkat da Heydər Əliyevə olan həmin qarşısıalınmaz ümümxalq arzu və etimadını ifadə etmək məqsədilə yaradılmış, fəaliyyətə başlamışdı. Belə ki, tarixin siyasi dərslərinə istinad etsək, istənilən böhran vəziyyətində ümumxalq siyasi maraq və mənafelərinin önündə siyasiləşmiş hərəkat dayanmalı, bu maraq və mənafelərin vahid qüvvə kimi təşkili, onların ictimailəşməsi və reallaşması üçün çalışmalıdır. "91-lər"in - ziyalıların da missyası ilk növbədə bu idi və öz məqsədini məhz böhranlı şəraitdə müstəqil dövlət quruculuğunun real və təminatlı siyasi qüvvəsi kimi "Xalq-Heydər Əliyev" birliyini ölkənin siyasi həyatına gətirilməsinə yönəltmişdi. Beləliklə, bu sarsılmaz və qüdrətli siyasi birlik əsasında 1992-ci il, noyabrın 21-də Azərbaycanın siyasi tarixinə və syasi mədəniyyətinə Yeni Azərbaycan Partiyası daxil oldu.

***

1980-ci illərin ikinci yarıcı, 1990-cı illərin əvvəlləri. Zaman o zaman deyildi...

Heydər Əliyevin on illərlə inandığı bəzi siyasi dostlar, xidmətində olduğu siyasi sistem ona xəyanət etmişdi. Həyatına və fəaliyyətinə dəstək verdiyi, əlindən tutub dövlət qulluğunda pillə-pillə ucaltdığı, hətta təhsil almağa göndərdiyi və barəsində müsbət xarakteristikalar və dəstək göstərib yüksək qulluqlara yüksəltdiyi çoxları da həmin illərdə öz kabinet kreslosunda yerini bərkitmək üçün, qulluq almaq üçün onu satmış, xəyanət etmişdiıər. İndi hamısı respublikada siyasi mərkəzin anti-Azərbaycan planını həyata keçirməkdə, xalqın siyasi taleyində, milli tərəqqisində yeganə liderlik edə bilən dahi şəxsiyyəti ən müxtəlif planlarla siyasi, mənəvi, ideoloji təxribatlara, şər-böhtan kampaniyasına məruz qoymaqda idilər. Onun dövlət məmuru etdiyi, dəstək verib respublikada hakimiyyətin yuxarı pillələrinə gətirdiyi insanlar gözləmədiyi halda siyasi manqurtların əlaltısına çevrilmişdilər. Belələri erməninin, düşmənin, daha kimlərin "dəyirmanına su

tökür", necə olur-olsun Azərbaycan xalqına milli lider olan şəxsiyyəti tarixdən çıxdaş etməyi düşünür, qarşıda müstəqil dövləti qura bilən, xalqı yeni tarixin çağırışlarına səfərbər edə bilən güclü siyasi xadimin "siyasi ölümünə" çalışır, onu ləkələmək, xalqın gözündən salmaq istəyir, onu qurduğu paytaxta, böyüyüb boya başa çatdığı Naxçıvana belə yaxın buraxmağa qorxurdular.

Bütün bu repressiyayalara duruş gətirmək üçün güclü şəxsi iradə, güclü dözüm lazım idi. Necə olur-olsun bu təxribatların, siyasi kampaniyaların üzərindən keçib ölkənin sabahını, milli azadlıq iradəsini təmin etmək lazım idi. Çətindən çətin idi bu müqəddəs istək. Bir tərəfdən xəyanət, bir tərəfdən qərəzli siyasi və mənəvi kampaniyalar, bir tərəfdən ölümlə təhdid, bir tərəfdən xalqın düşmənlərinin Azərbaycanın gələcəyinə tuşladığı dağıdıcı planın respublikanın özündə həyata keçirilməsi, bir tərəfdən bu qədər xitmətlərinin müqabilində onun "düşmən" obrazının yaradılmasına yönələn qərəzli, utanc gətirən qeyri-etik, qeyri-insani çabalar, bir tərəfdən də bu qədər təzyiqlər qarşısında dözməyən ürək... Əsrin nəhəng siyasi xadimlərindən biri - respublikanı dirçəldən, ona intibah dövrü gətirən, böyük çoğrafi miqyaslarda böyük quruculuq işləri aparan, SSRİ adlı ölkənin beynəlxalq iqtisadi əlaqələrini quran Heydər Əliyevin öz respublikası və xalqı yenidən xidmət göstərəcəyindən və ona olan ümummiili etimaddan qorxanlar onun milli liderliyinin qarşısını kəsmək üçün humanislikdən, demokratiyadan, milli maraqlardan uzaq olan planlar qururu, həyata keçirirdilər...

Özünün və ailəsinin ağır sosial durumu... Dostların üz döndərməsi...

Bitməyən siyasi və mənəvi repressiyalar...

Sonradan Naxçıvanda yaşadığı çətin şərait və dözülməz ağır sosial vəziyyət, davam edən siyasi və mənəvi təzyiqlər...

Görəsən, dahilik geni daşıyan insan üçün, həyatını öz xalqının müqəddaratı üçün yaşayan böyük siyasi xadim və milli öndər üçün başa düşülməməməkdən, cılızlar tərəfindən sərt kampaniyalar və qadağalarla üzləşməkdən ağır nə ola bilər?

Lakin bu qədər təzyiqlərə, repressiyalara, basqılara yalnız böyük, güclü iradə sahibi, millət yolunda müqəddəs amallara köklənən intellektual zəka və əyilməz ruh, vüqar sahibi, qəlbi hər cür haqsızlığa ən güclü sipər olan əzəmətli millət və

vətən sevgisi yaşayan, ürəyi xalqının tərəqqisi üçün alovlanan Heydər Əliyev kimi dahi şəxsiyyət duruş gətirə bilərdi...

***

1991-1993-cü illər...

1992-ci il, 24 oktyabr. Heydər Əliyev "91-lər" ictimai-siyasi hərəkatına ona ünvanlanmış müraciətinə öz siyasi münasibətini bəyan etdi. Bu münasibət ən yeni tarixi, müstəqillik tarixininə Heydər Əliyevin Azərbaycan xalqına ünvanladığı "Yeni və müstəqil Azərbaycan" bəyanatı kimi düşdü. Əslində, bu bəyənat həm də Heydər Əliyevin dövlət quruculuğuna dair ilk siyasi platotforması, müstəqil dövlətin qurulmasına dair tarixi sənəd idi.

İllər sonra Heydər Əliyev "91-lər" ictimai-siyasi hərəkatını "cəsarətli ziyalılar", "Yeni Azərbaycan partiyasının "qızıl fondu" adlandıracaq, öz nitqlərində onlara yüksək qiymət verəcək və partiyanın quruştayındakı nitqində belə deyəcək:

"Partiyanın yaranma prosesini sona çatdıran 91-lərin mənə ünvanlanmış məktubudur. Mən bu 91 şəxsi çox yüksək qiymətləndirirəm, onların hamısına öz hörmət və ehtiramımı, xüsusi minnətdarlığımı və təşəkkürümü bildirirəm. 91-lərdən həyatını dəyişənlər var - Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Xəlil Xəlilov. Onların gördükləri işlər, xidmətlər bizim partiyanın və hər bir şəxsin, o cümlədən mənim qəlbimdə əbədi yaşayacaqdır. Allah onlara rəhmət eləsin. Mən bilirəm ki, onlar bəlkə də o vaxt bunu mənə deməmişdilər, amma bunu mən sonralar bildim. Bu 91-lər həqiqətən çox cəsarətli adamlar olmuşlar. Çünki bu məktubu hazırlayıb, bu məktubla həmrəy olmaq istəyən adamlarla danışıq aparanlar bəziləri ilə danışmışlar, görüşmüşlər, ancaq onlar həmin məktuba imza atmaqdan imtina etmişlər"...

***

Dövrün kontekstindən yanaşsaq, Heydər Əliyevin ziyalıların müraciətinə 1992, 24 oktyabr tarixli cavabı hər an cəmiyyətin nigarançılıq dolu diqqətində idi. Çünki müstəqil dövlət quruculuğunun da, böhranların həlli də, ölkənin gələcək siyasi taleyi də məhz bu görkəmli dövlət xadiminin, təcrübəli siyasətçinin mövqeyindən asılı idi. Bəli, Heydər Əliyev qəti qərar verməli, ölkədə siyasi, iqtisadi, sosial və hərbi tənəzzülün getdikcə dərinləşməsinə qarşı milli və siyasi iradə nümayiş etdirməli, milyonlarla insanın etimadı qarşısında öz siyasi mövqeyini qoymalı idi.

Nəzərə almaq vacibdir ki, 1991-1993-ci ildə Naxçıvan Muxtar Respublikasında vəziyyət heç də sabit deyildi. Bir tərəfdən, ağır sosial-iqtisadi şəraitdə Ermənistanın blokadası və hərbi-işğalçılıq əməliyyatlarının qarşısının alınması, bir tərəfdən yerli siyasi qruplaşmaların daxili qarşıdurmaya rəvac verən təhdidləri və pozuculuq əməlləri, bir tərəfdən Muxtar Respublikada sabitlik yaratmaq, iqtisadi blokadanı yarmaq və əhalinin sosial çətinliklərinə yardım göstərmək kimi həllivacib vəzifənin yerinə yetirilməsinin mürəkkəblyi və çətinliyi, digər tərəfdən də siyasətdə Heydər Əliyev faktoruna və xalqın liderə ünvanlıdığı siyasi çağırışa qarşı hər cür məqsədli "arakəsmələr"in yaradılması, cari hakimiyyətin və ona yaxın şəxsi ambisiyalı qüvvələrin Heydər Əliyevə qarşı siyasi və mənəvi təxribatları, qərəzli və etikadan kənar "özfəaliyyəti", "yaş senzi" oyunları, o biri tərəfdən respublikadankənar destabil qüvvələrin və xarici kəşfiyyata işləyənlərin təxribatları, respublikanın "respublikalara bölünməsi" planı, daxili silahlı-hərbi birləşmələrin hakimiyyət uğrunda savaşları... Və daha nələr.

Bir sözlə, dövlət müstəqilliyi də, respublikanın siyasi çoğrafiyası və sərhədləri də, Azərbaycan adlı vahid ölkə də artıq tarixin arxivinə qovuşmaqda idi. Ölkəni qanlı vətəndaş qarşıdurması, kənar siyasi-hərbi müdaxilələr, siyasi partiyaların silahlı münaqişələri, tam tənəzzül sonluğu gözləyirdi...

Bu qədər çətinliklər, problemlər əhatəsində hər an xalqın taleyini düşünən, yaşının çoxluğuna baxmayaraq, gücləndirilimiş rejimlə, tam iradə ilə, inadla və məsuliyyətlə işləyən Heydər Əliyev bu qədər sərt iş rejiminin, ağırdan-ağır problemlərin, mövcud təhlükələrin, vacib vəzifələrin qarşılığında, eləcə də

Rusiyadan və daxildən özünə qarşı məqsədli təxribatlardan, terrorlardan qorxmayaraq, cəsarətlə "91-lər"in müraciətinə cavab bəyanatını verdi. Əslində, onun cavabı həlledici siyasi iradə və mövqe kimi Azərbaycanın tarixi taleyi üçün mütləq gerçəklik idi, gözlənilən idi. Bu cavab verilməli idi. Çünki ölkə əhalisinin inamı, seçimi və dəstəyi Heydər Əliyev üçün həmişə yeganə və əsas siyasi amil idi.

Heydər Əliyevdən millət də, zaman da, tarix də milli liderlik, xilaskarlıq və quruculuq missiyası gözləyirdi. Çünki Heydər Əliyev Azərbaycan müstəqil dövlətini qura bilən, ölkəni SSRİ-nin siyasi və iqtisadi xarabarlıqlarından çıxarıb müstəqil və hüquqi dövlət quruculuğuna apara bilən, nəhayət ölkədə siyasi sabitlik yarada bilən yeganə siyasi lider idi. Onu zaman seçmişdi. Onu xalq özü seçmişdi. O, XX əsrin II yarısından Azərbaycanın qüdrətli siyasət və dövlət xadimi, idarəçilik lideri idi. Bu həqiqət, bu mahiyyət ziyalıların müraciətinin siyasi bazisini təşkil edirdi.

Bəli, Heydər Əliyev təkcə ziyalıların deyil, tarixin də, millətin də seçiminə, ölkənin siyasi xilaskara olan tələbatına, böhranların həll olunması zamanına öz tarixi cavabını verdi. Bu cavabı onun çoxillik milli mənafeyinin, dövlətçilik marağının, həyatını xalqa xidmətdə yaşamasının, millətə və vətənə olan sarsılmaz sevgisinin, bağlılığının davamlı məntiqi idi.

Heydər Əliyevin "Yeni, müstəqil Azərbaycan uğrunda" adlı cavabı, demək olar ki, xalqa tarixi müraciəti "Səs" qəzetində dərc olundu.

Açıq desək, istər ziyaların tarixi müraciətinin, istərsə də Heydər Əliyevin tarixi cavabının dərcinə mətbuat üzərində mövcud senzura tərəfindən əngəllər yaradılmışdı. Siyasi tapşırıq belə idi. Lakin senzuraçılar Heydər Əliyevin təhlükəsizlik orqanlarında və dövlət idarəçiliyində hansı təcrübəyə və fəaliyyətə malik olduğunu yaxşı bildiklərindən, xalqın etimadı və seçimi ilə hesablaşmalı oldular və hər cür tapşırığa məhəl qoymadan həmin materilların dərcinə icazə verdilər. Bununla belə, bu müraciətin və cavabın dərc olunduğu iki qəzet bəzi qüvvələr tərəfindən qəsdən kiosklardan yığışdırıldı, onların rayonlara çatdırılmasına və ya satışa çıxarılmasına əngəllər yaradıldı. Heydər Əliyevin siyasi lider kimi paytaxtdakı, bölgələrdəki çoxsasylı dəstəkçilərinin (təəssüf ki, bu

fədakar ziyalıların bir çoxu sonralar ədalətsiz, haqsız münasibətlər ilə üzləşdilər, region ayrıseçkiliyinə, mənəm-mənəmliyə, şəxsi ambisiylara məruz qaldılar...) fədakarlığı sayəsində tarixi müraciətin və cavabın dərc olunduğu qəzetin surəti çıxarılaraq, paytaxtda, Naxçıvanda və regionlarda yayıldı.

Azərbaycan dövlətçiliyi, xalqımız nicat, xilas, tərəqqi qarşısında idi: Heydər Əliyevin ziyalılara cavabı, əslində ona etimad edən, güvənən bütün xalqa olan tarixi müraciət idi. Bu cavab ümümxalq etimadına və seçiminə layiq siyasi lider, milli öndər mövqeyi idi. Heydər Əliyev səsini xalqın səsinə, zamanın çağırışına qataraq, "HƏ" demişdi.

***

Heydər Əliyevin "91-lər" ictimai-siyasi hərəkatının müraciətinə cavabında - bəyanat-müraciətində aşağıdakı sahələrdə dövlət quruculuğunun təxirəsalınmaz ilkin vəzifələrini qaldırmışdı:

- siyasi, hüquqi dövlətin qurulması yolunda konkret vəzifələr;

- beynəlxalq, diplomatik əlaqələrin milli mənafe baxımından yenidən qurulması və möhkəmləndirilməsi;

- hərbi sahədə quruculuq və ordu quruculuğunun təkmilləşdirilməsi, ordunun gücləndirilməsi;

- iqtisadi quruculuqda təxirəsalınmaz və konkret vəzifələr;

- mövcud sosial problemlər və onları həlli isiqamətləri.

Bu vəzifələrin yerinə yetirilməsində xalqı səfərbər edə bilən, siyasi liderin vəzifə və tapşırıqlarına məsuliyyətlə əmələ edən, ölkəni siyasi hərc-mərclikdən, destabillikdən çıxara bilən, demokratik siyasi cəmiyyət, yeni siyasi mədəniyyət yarada bilən siyasi partiya yaradılarsa, Heydər Əliyev ona rəhbərlik etmək məsuliyyətini öz üzərinə götürəcəyinə razılıq vermişdi. Ulu Öndərin böyük siyasi təfəkkürü və təcrübəsi göz önündə idi: bu qədər mürəkkəb, böhranlı şəraitdə yalnız yeni siyasi baxışları, yeni quruculuq proqramı olan, ölkədə müasir siyasi mədəniyyət və demokratik cəmiyyət formlaşdıra bilən və xalqın mütləq əksəriyyətinin dəstiyini qazanan siyasi partiya bütün böhranları və problemləri

həll etmək iqtidarında ola bilərdi; mövcud şəraitdə yalnız xalqın seçimi və etimadı qarşısında son dərəcə məsuliyyət hissi, böyük dövlətçilik təcrübəsi, təşkilatçılıq və idarəetmə bacarığı lazım idi.

Heydər Əliyev bu tarixi cavabında həm də ən yeni siyasi tarix üçün xalqı öz ətrafında birləşdirə bilən ideoloji platformasını irəli sürdü: Yeni və müstəqil Azərbaycan uğrunda!

***

Tarix, zaman, ölkə, xalq qarşısında son dərəcə çətin, məsuliyyətli, həlledici missiya idi: Yeni və müstəqil Azərbaycan uğrunda!

Sonrakı dövrdə Heydər Əliyevin xalqa tarixi bəyanatının əsas müddəaları Yeni Azərbaycan Partiyasının proqram əsasına və ölkədə dövlət quruculuğunun ilkin proqram tezislərinə çevrildi.

Qarşıda Azərbaycanı demokratik, hüquqi və müasir dövlət quruculuğu, yeni iqtisadi və sosial inkişaf yolları, güclü hərbi quruculuq, mədəniyyət, elm və təshildə tərəqqi, ölkələrlə iqtisadi əməkdaşlıq, yeni layihələr, yeni beynəxalq nailiyyətlər, yeni diaspor təşkilatlnamsı, dünya birliyində qəti mövqe və nüfuz, güclü dövlət-idarəçilik mexanizmi, xalqın sönməyən etimadı, dəstəyi və sevgisi gözləyirdi.

Ulu Öndər son nəfəsinə qədər yeni və müstəqil Azərbaycan uğrunda möhkəm iradə ilə, var gücü ilə, millətə arxalanmaqla, xalq və vətən sevgisi, quruculuq və tərəqqi missiyası ilə, yeni-yeni nailiyyətlərə imza ataraq çalışdı, çarpışdı, zamanın "sən hakim olsan bu millət batmayaqdır" tarixi çağırışına layiqincə əməl etdi, tarixdə əsl vətəndaşlıq nümunəsi oldu!

Onu zaman seçmişdi!

Onu Azərbaycan xalqı seçmişdi!

O tarixdə əbədiyyət qazanan siyasət dahisi, millət öndəri, dövlət qurucusu, milli inkişaf təməlçisi oldu!

Yeni və mütəqil Azərbaycan uğrunda!

Müstəqilliyi qorumaq, onu qazanmaqdan çə

Müstəqillik Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti, milli sərvətidir!

Biz birlikdə güclüyük!

P.S. Mən Möhtərəm Cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri, zati-aliləri cənab İlham Əliyevə onun müasir ideoloji çağırışı ilə müraciət edirəm: BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

MİA.AZ