Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib.
İclasda partiyanın yaranmasının 21-ci ildönümünün qeyd edilməsi haqqında da qərar qəbul olunub. M.Qurbanlı deyib: "Yaradılan 12 komissiyalarda ictimai-siyasi həyatımızın müxtəlif məsələləri haqqında vaxtaşırı müzakirələr, konfranslar və müxtəlif tədbirlər təşkil ediləcək.
Komissiya sədrlərinin hər biri YAP İdarə heyətinin, komissiya üzvlərinin isə hamısı YAP Siyasi Şurasının üzvləridir”.
Mi.az Publika.Az-a istinadən sözügedən komissiyaların adları və sədrlərinin siyahısını təqdim edir:
İqtisadi məsələlər üzrə komissiyanın sədri Eldar İbrahimov (Milli Məclisin Aqrar siyasət komitəsinin sədri),
Hümanitar məsələlər üzrə komissiyanın sədri Yusif Hümbətov ("Azərsutikinti” ASC-nin sədri),
Elm və təhsil üzrə komissiyanın sədri Abel Məhərrəmov (Millət vəkili, BDU-nin rektoru),
Gənclər, idman və mədəniyyət komissiyasının sədri Vaqif Əliyev (Mədəniyyət və turizm nazirinin müavini),
Regional inkişaf üzrə komissiyasının sədri Arif Rəhimzadə (Milli Məclisin regional məsələlər komitəsinin sədri),
Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri),
Mətbuat və ictimai əlaqələr üzrə komissiyanın sədri Nizami Xudiyev (Sabiq deputat, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü),
Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının sədri Mixail Zabelin (Milli Məclisin deputatı),
Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov (YAP İdarə Heyətinin üzvü Kərim Kərimov).