Qeyd edək ki, məhkəmə prosesi üçün ayrılan zal ən çoxu 50 nəfər tuta bilər, ancaq məhkəmədə iştirak etmək istəyənlərin sayı 200 nəfərdən çoxdur.
İlqar Məmmədovun vəkili Fuad Ağayev məhkəmənin təxirə salınması ilə bağlı vəsatət qaldırıb. O, prosesin daha geniş zalda keçirilməsini tələb edib. Lakin vəsatət rədd edilib.
Haqqin.az saytı xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin binası polis tərəfindən mühasirəyə alınıb. Binanın qarşısında bir neçə avtomatlı var. Bu dəqiqələrdə ittiham olunanların məhkəməyə gətiriləcəyi bildirilir.

