Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbsdən çıxandan sonra onun müdafiə komitəsinin sədri olmuş Milli Şuranın keçmiş prezidentliyə namizədi Cəmil Həsənli onun görüşəcəyini açıqlamışdı. Hazırda bu görüşün nə yerdə olduğunu öyrənmək üçün C. Həsənliyə müraciət etdik. 

Mi.az xəbər verir ki, Publika.Az-a açıqlamasında Milli Şura namizədi məsələ tamama fərqi rakursdan münasibət bildirib: "Görüşəcək- görüşməyəcəm, bu məsələlər fal açmaqla olmur. Mən indi fal açıb nəsə deyə bilmərəm ki. Fal üzrə siyasət qurmaq olmaz”. O, bununla bağlı hələ heç nə deyə bilməyəcəyini açıqlayıb.