Ukraynanın İslahatlar üzrə Milli Şurasının rəhbəri Mixail Saakaşvili Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova ilə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
Görüşdə Ukrayna-Azərbaycan münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
M. Saakavşili Şura tərkibində bütün postsovet məkanı üçün islahatlar bürosu yaradılacağını deyib: "Bu, ideyaların yaradılması və islahatçıların konsolidasiyası üçün böyük bir beynəlxalq mərkəzə çevriləcək".