"Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək".
Mia.az xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov "Twitter"də yazıb: "Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və rayon Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib.
Azərbaycanın işğal olunmuş bütün əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaqlar!".