Suriya prezidenti Bəşər Əsəd böyük əfv fərmanı verib.  Fərmana əsasən, 29 oktyabrdan əvvəl hərbi cinayət edən bütün şəxsləri əfv edib. 

Fərmanda fərarlilik edən bütün əsgərlər 30 gün ərzində geri qayıdacağı halda bağışlanacağı yer alıb.

Suriya dövlət agentliyi SANA-nın xəbərinə görə, Bəşər Əsəd baş nazirin köməkçisi Qədri Cəmili xaricdə apardığı danışıqları hökümətlə məşləhətləşmədiyi üçün vəzifəsindən azad edib.