Noyabrın 3-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən "Fənərbaxça"nın prezidenti Əziz Yıldırımın klub rəhbərliyində görmək istədiyi azərbaycanlı iş adamının adı məlum olub.

Türkiyənin "Sabah" qəzeti iddia edib ki, A.Yıldırımın yanına gətirmək istədiyi şəxs "Krokus" şirkətinin sahibi Araz Ağalarovdur. Xəbərdə bildirilir ki, o, həmyerlimizi rəhbərliyə gətirməklə klubu maliyyə cəhətdən gücləndirmək niyyətindədir. 

Xatırladaq ki, A.Ağalarov Azərbaycan prezidenti İlham Əliyevlə qudadır.