"Bavariya"nın baş məşqçisi Pep Qvariola «Qalatasaray»ın Çempionlar Liqasında çıxış etdiyi qrupla bağlı fikirlərini bölüşüb.
Türkiyə mətbuatı yazır ki,
"Yuventus"un Çempionlar Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirən ispan mütəxəssis
"Qalatasaray"ın deyil, İtaliya klubunun qrup ikincisi olacağını deyib: "Çətin vəziyyətdə olsalar belə, "Yuventus" dəyərli və böyük klubdur. Onlar üç matçı da qazanıb, qrupdan çıxa bilərlər".
"Bavariya"nı "Barselona"ya bənzətdiyi
ilə bağlı yayılan iddiaları da cavablandıran Qvardiola belə bir niyyətinin
olmadığını deyib. Baş məşqçinin fikrincə, hər iki klub bir-birindən çox
fərqlidir: "Bavariya" çox kubok qazanıb. Bu səbəbdən başqaları onu
təqlid etmək istəyər. "Münhen təmsilçisi düşündüyümdən də böyük
klubdur".