Bu gün keçirilən "Araz Naxçıvan" - "Ağsu" oyunu ilə Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vurulub.

Bbu mərhələnin son oyununda "Ağsu"nu 1:0 hesabı ilə məğlub edən "Araz Naxçıvan” 1/8 finalın son iştirakçısı olub.

1/8 final mərhələsində "Araz Naxçıvan” klubu Zaqatalanın "Simurq” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin oyunları dekabrın 4-də keçiriləcək: 

1. "İnter” – "Şuşa”

2. "Neftçi” – "Kəpəz”

3. "Qaradağ Lökbatan” – "Rəvan”

4. "Bakı” – "Sumqayıt”

5. "Mil-Muğan” – "Qəbələ”

6. "Qarabağ” - AZAL

7. "Araz Naxçıvan” – "Simurq”

8. "Xəzər Lənkəran” – "Neftçala”

Qeyd edək ki, bu mərhələnin oyunları dekabrın 4-də keçiriləcək: