"Futbol buna görə sevilir. Oyun heç-heçə də başa çata bilərdi, məğlub da ola bilərdik".
Onun sözlərinə görə, oyunun nəticəsi çox şeydən xəbər verir. Qurbanov rəqib komandanı yüksək qiymətləndirib: "Qəbələ” sübut elədi ki, yaxşı komandadır, futbolçuları topla yaxşı davrana bilir. Hər oyunda 7 qol vurulmur. Bir daha gördük ki, çempionat çox ağırdır, Premyer Liqamıza yaxşı məşqçilər gəlir. Rəqib sona qədər mübarizə apardı, əbəs yerə ilk üçlükdə olmadığını göstərdi”.