“Bu gün ya da sabah Respublikaçı Alternativ Partiyasının dövlət qeydiyyatı üçün tələb olunan sənədləri Ədliyyə Nazirliyinə göndərəcəyik”.

Mia.az xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov “Facebook” səhifəsində yazıb.

O bildirib ki, sənədlər artıq hazırdır: “İki həftə əvvəl keçirdiyimiz Qurultayda və bu hazırlıq işlərində əməyi olan bütün fəal üzvlərimizə Təşkilat Komitəsi olaraq çox-çox təşəkkür edirik”.