Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı tutduğu postu avqustun 25-də tərk edib. Həmin gün yeni sədr seçkisi keçirilsə də, Müsavat Divanı sentyabrın 2-də bu seçkinin nəticəsini ləğv edib. O vaxtdan Müsavat Gənclər Təşkilatını müvəqqəti yaradılmış 6 nəfərlik (Nərgiz Yaqublu, Vasif Sadıqbəyli, Tural Hacıbəyli, Mətin Nağıyev, Fərid Həsənsoy və Kərim Kərimli) təşkilat komitəsi idarə edir.
Oktyabrın 30-da müvəqqəti təşkilat komitəsinin üzvü Vasif Sadıqbəyli "Media forum” saytına bildirib ki, Müsavat Gənclər Təşkilatı noyabrın 16-da konfrans keçirib yeni sədr seçəcək: "Hazırda Gənclər Təşkilatının tərkibini yenidən nəzərdən keçirməklə səs verəcək şəxslərin siyahısı hazırlanır”.
Vasif Sadıqbəyli bildirib ki, seçkinin noyabrın 16-da keçirilməsi haqda qərarı müvəqqəti təşkilat komitəsi oktyabrın 29-da çıxarıb.